Dövlət Başçısı: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq - VİDEO

Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI: 

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir - FOTO - CANLI


Prezident bildirib ki, hədəf 2030-cu ilədək tranzit yüklərin həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır.

“Tranzit yükdaşımalarında sürətli artıma nail olmuşuq. Məhz buna çalışırdıq. Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Lakin hədəfimiz 2030-cu ilədək bu göstəricini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, bu məqsədlə fiziki infrastruktur qurulub, əsasən dəmir yollarına, dəniz limanlarına, hava yükdaşımalarına və avtomobil magistrallarına sərmayə yatırılıb.

“Dəmir yollarımızın 60 faizi elektrikləşdirilib və bu proses davam edir. Bütün qonşularımızla, eləcə də ölkə daxilində dəmir yolu əlaqəmiz var. Bu, işin mühüm hissəsi idi. İnkişaf etmiş ölkəyə çevrilmək üçün, şübhəsiz ki, qonşularımızla və qonşularımızın qonşuları ilə yaxşı münasibətlərimiz olmalıdır”, – Prezident deyib.

Dövlət başçısı bildirib ki, əks halda, dənizə çıxışı olmayan ölkə kimi nə qədər çalışsanız da, uğur qazana bilməyəcəksiniz. Onun sözlərinə görə, bu istiqamətdə də işlər görülüb və bu gün bütün qonşularla münasibətlər çox aydın və ən əsası, proqnozlaşdırılandır.

Prezident qeyd edib ki, yük göndərənlərin Azərbaycan marşrutunu seçməsi üçün müvafiq mühit və stimullar yaradılmalı idi.

“Biz bunu hətta hazırkı geosiyasi dəyişikliklərdən əvvəl etmişdik. Çünki indi əlavə təchizat zəncirlərinin də pozula biləcəyini təsəvvür etməyin belə çətin olduğu bir dövrdən keçirik”, – Prezident İlham Əliyev bildirib.
 

Dövlət başçısının sözlərinə görə, yük göndərənlərin Azərbaycan ərazisindən keçərkən multimodal daşımalardan istifadə etməyi seçməsi üçün müvafiq fiziki və inzibati mühitin yaradılması qarşıya məqsəd qoyulub. Prezident qeyd edib ki, Azərbaycan ərazisindən keçən yüklərin daşınması zamanı bərə nəqliyyatından da istifadə edilməlidir.


“Bu gün istər Şərq–Qərb, istərsə də Şimal–Cənub istiqamətində Azərbaycan ərazisindən yükdaşımaya tələbatın artdığını görürük. Biz bu iki mühüm marşrutun kəsişməsində yerləşirik. Yeri gəlmişkən, Azərbaycan hər iki nəqliyyat layihəsinin fəal iştirakçısı olan çox az sayda ölkədən biridir”, – Prezident İlham Əliyev vurğulayıb.

Prezident bildirib ki, Azərbaycan Şərq–Qərb və Şimal–Cənub istiqamətlərinin hər ikisi üzrə qonşu ölkələrlə fəal əməkdaşlıq edir.

“Siz Mərkəzi Asiyanı qeyd etdiniz. Azərbaycan ötən ilin noyabrından Mərkəzi Asiya Məşvərət Şurasının üzvüdür. Bu, əslində, görünməmiş hadisədir. Çünki coğrafi baxımdan Cənubi Qafqazda yerləşirik, lakin siyasi, iqtisadi və nəqliyyat baxımından artıq böyük Mərkəzi Asiya regionunun bir hissəsiyik”, – dövlət başçısı deyib.

Prezident İlham Əliyev əlavə edib ki, nəqliyyatın idarə edilməsi və rəqəmsallaşdırılması, gömrük inzibatçılığı, eləcə də Azərbaycanda investorlar üçün çox aydın və anlaşılan qaydalar ölkənin potensialını gücləndirir.

“Regionumuzdakı geosiyasi vəziyyət dəyişərək beş il əvvəlki vəziyyətə qayıtsa belə, biz yenə də yükdaşıyanlar üçün cəlbedici olmalıyıq. Bu, çox maraqlıdır və burada qarşıya qoyulan məqsədlərdən biridir”, – Prezident vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zidan 16 illik Fransa rekorduna imza atdı

Zidan 16 illik Fransa rekorduna imza atdı

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

End of content

No more pages to load

RADİO