Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan regional istehsal mərkəzi kimi rolu müzakirə olundu – FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib. Panel sessiyaya “AnewZ” telekanalının baş redaktoru Qay Şoun modereatorluq edib.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxış edərək Azərbaycanın əlverişli coğrafi mövqeyi, formalaşdırılan sənaye ekosistemi və inkişaf edən nəqliyyat-logistika infrastrukturunun ölkənin regional istehsal və ixrac mərkəzi kimi mövqeyinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. 
 

Ölkəmizdə mövcud olan sənaye zonalarının investisiyaların cəlb edilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün yaratdığı imkanlar, sənaye zonalarında tətbiq olunan təşviq mexanizmləri barədə məlumat verilib.


Azərbaycanın beynəlxalq və regional nəqliyyat dəhlizləri üzərində yerləşməsinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər logistika infrastrukturu ilə əlaqələndirilmiş sənaye imkanlarının istehsalçıların regional təchizat zəncirlərinə inteqrasiyasına və xarici bazarlara çıxışına yaratdığı üstünlüklər diqqətə çatdırılıb. 

İxracın təşviqi və logistika xərclərinin dəstəklənməsi istiqamətində tətbiq olunan yeni mexanizmlərin yerli məhsulların xarici bazarlara çıxış imkanlarını daha da genişləndirəcəyi diqqətə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov rəqabət mühitinin iqtisadi inkişaf və investisiya fəallığının əsas şərtlərindən biri olduğunu qeyd edib.

Bərabər rəqabət imkanlarının təmin edilməsi, istehlak bazarlarında şəffaflığın artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Müzakirələrdə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Koç Holding”ə daxil olan Dayanıqlı İstehlak Malları Qrupunun prezidenti Polat Şen, Danimarkanın “Carlsberg” şirkətinin korporativ məsələlər üzrə vitse-prezidenti Kristian Vulf Sönderqard, İtaliyanın DBA Group şirkətinin satış və biznesin inkişafı üzrə vitse-prezidenti Marko Politi, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üzrə rəhbəri Natali Muravidze, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko iştirak ediblər.
 

Panel sessiyada Azad İqtisadi Zonasında tətbiq olunan xüsusi hüquqi və tənzimləyici çərçivə, investorlar üçün təqdim olunan güzəştlər və ixracyönümlü istehsal imkanları barədə məlumat verilib. Azad iqtisadi zonanın strateji coğrafi mövqeyi və hazır infrastruktur imkanlarının yüksək əlavə dəyər yaradan, innovativ və ixracyönümlü layihələrin cəlbi üçün yaratdığı üstünlüklər qeyd edilib.


Panel iştirakçıları beynəlxalq şirkətlərin Azərbaycanda fəaliyyət və əməkdaşlıq imkanları, özəl sektorun inkişafında institusional və maliyyə dəstəyinin rolu, eləcə də dayanıqlı iqtisadi artım və regional əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək

Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək

Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

XƏBƏRDARLIQ: Qapağı şişibsə, yeməyin – VİDEO

XƏBƏRDARLIQ: Qapağı şişibsə, yeməyin – VİDEO

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?

Ukrayna bu mövqeləri geri qaytardı

Ukrayna bu mövqeləri geri qaytardı

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

End of content

No more pages to load

RADİO