Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

Bakıda məscid və ticarət mərkəzində iki mobil telefon oğurlayan H.V. barəsində hökm çıxarılıb.

Bizim.Media “qaynarinfo.az”ya istinadən xəbər verir ki, Mingəçevir şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş H.V. Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi (təkrar oğurluq) ilə təqsirli bilinib.

İttihama görə, H.V. 2026-cı ilin yanvarında Bakı şəhərində yerləşən “Dəniz Mall”ın mənfi ikinci mərtəbəsindəki namaz otağına gedib. Orada bir şəxsin dəstəmaz almaq üçün otaqdan çıxdığını görüb. Həmin şəxsin gödəkçəsinin altında qoyduğu “iPhone 15 Pro Max” markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb.
 

Oğurlanan telefonun dəyəri 1700 manat müəyyən edilib. H.V. daha sonra telefonu “28 May” metro stansiyası yaxınlığındakı telefon mağazalarından birində 440 manata satıb. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.


Bundan bir neçə gün sonra H.V. Bibiheybət məscidinə gedərək ikinci oğurluğu törədib. Bu dəfə dəstəmaz alan şəxsin gödəkçəsini asılqanda nəzarətsiz qoymasından istifadə edərək gödəkçənin cibindəki “iPhone 17 Pro” markalı telefonu götürüb.

Məhkəmə zamanı telefonun dəyərinin 3000 manat olduğu müəyyən edilib. H.V. bu telefonu da “28 May” metro stansiyası yaxınlığındakı eyni mağazaya 600 manata satıb.

Telefon mağazasının əməkdaşı məhkəmədə bildirib ki, H.V. özünü “Hacı” kimi təqdim edib. O, hər iki telefonu özünə məxsus olduğunu deyərək satıb. Mağaza əməkdaşı telefonların oğurluq olduğunu bilmədiyini, əks halda onları almayacağını bildirib.

H.V. məhkəmədə özünü qismən təqsirli bilsə də, ibtidai istintaqda verdiyi ifadəni təsdiqləyib və hər iki oğurluğu törətdiyini etiraf edib. Məhkəmə onun ifadələrini digər sübutlarla birlikdə qiymətləndirib.
 

Məlum olub ki, H.V. daha əvvəl də oğurluq cinayətinə görə məhkum olunub. Şirvan Şəhər Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını 2023-cü ildə başa vuraraq azadlığa çıxıb.


Məhkəmə əvvəlki məhkumluğun ödənilmədiyini nəzərə alaraq, yeni cinayətin residiv yaratdığı qənaətinə gəlib və bunu cəzanı ağırlaşdıran hal kimi qiymətləndirib. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsi də nəzərə alınıb.

Sonda məhkəmə H.V.-ni Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilərək ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

Hökmdə H.V.-nin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Cəza müddəti 2026-cı ilin müvafiq tarixindən hesablanacaq.

Hökm qanuni qüvvəyə minənədək H.V. barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək

Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək

Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

XƏBƏRDARLIQ: Qapağı şişibsə, yeməyin – VİDEO

XƏBƏRDARLIQ: Qapağı şişibsə, yeməyin – VİDEO

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?

Ukrayna bu mövqeləri geri qaytardı

Ukrayna bu mövqeləri geri qaytardı

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

End of content

No more pages to load

RADİO