Parçalanmış dünyada ETİMADIN BƏRPASI – Azərbaycanın strateji rolu müzakirə olundu – FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya təşkil olunub.

Bizim.Media xəbər verir ki, sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər, Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrdə rolu, investisiya imkanlarının genişləndirilməsi və ölkənin istehsal və regional dəyər zəncirlərində mövqeyinin inkişaf etdirilməsi ilə bağlı məsələlərə diqqət çəkib.
 

Vurğulanıb ki, Azərbaycanda sabitlik və makroiqtisadi dayanıqlılıq, ölkəmizin artan beynəlxalq nüfuzu, təşəbbüsçüsü olduğu, dəyəri sərhədləri aşan strateji layihələr və öhdəliklərin icrası məhsuldar investisiyalar və regional dəyər zəncirlərinə daha sıx inteqrasiya üçün möhkəm təməllər formalaşdırır.


Azərbaycanın enerji və nəqliyyat-logistika imkanları regionlararası iqtisadi əməkdaşlıqda və yeni investisiya əlaqələrinin formalaşmasında ölkəmizin rolunu genişləndirir.

Sessiya çərçivəsində iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini ilə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David arasında “Qlobal iqtisadi perspektivlər” mövzusunda yüksək səviyyəli müzakirə təşkil olunub.

Müzakirədə qlobal iqtisadi mənzərədə baş verən dəyişikliklər, dünya iqtisadiyyatının inkişafına və investisiya proseslərinə təsir edən əsas meyillər nəzərdən keçirilib.

Sessiyanın davamında “The European House – Ambrosetti & TEHA Group”un baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımının mərkəzi qovşağı” mövzusunda təqdimatla çıxış edib.

“Euronews”un idarəedici redaktoru Ceyn Uizespunun moderatorluğu ilə keçirilən “Qlobal artımın, investisiyaların və bağlantılılığın gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qlobal investisiya axınları fonunda Azərbaycan sülh gündəliyi, nəqliyyat və logistikanın inkişafı, eləcə də rəqəmsal iqtisadiyyat mühitinin formalaşdırılması vasitəsilə regional inteqrasiyanı sistemli şəkildə həyata keçirir.

Qeyd olunub ki, Bakı–Tbilisi–Qars dəmir yolu yenidən qurulub və onun buraxılış qabiliyyəti bir neçə dəfə artırılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə genişləndirilib.

Nəticədə, ölkənin tranzit həcmləri son illər ən yüksək səviyyəyə çatıb. Həmçinin Ələt Azad İqtisadi Zonasının investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib. Nazir ölkəmizdə ixracın şaxələndirilməsi, satış bazarlarının genişləndirilməsi, investor və sahibkarların kapital və əməliyyat xərclərinin azaldılması istiqamətində tətbiq edilən alətləri də diqqətə çatdırıb, investisiyaların təşviqi mexanizmlərinin prioritet sahələrə istiqamətləndirildiyini bildirib.
 

Müzakirədə Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, Pakistanın rabitə üzrə federal naziri Aleem Khan, Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmishi, Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda iştirak ediblər.


İştirakçılar qlobal iqtisadi və geosiyasi proseslərin ölkələrin iqtisadi inkişafına təsiri, regional əməkdaşlığın və investisiya əlaqələrinin genişləndirilməsi, yeni iqtisadi imkanların formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini isə müzakirələrə ekspert qismində münasibət bildirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəlilabadda 10 nəfər qidadan zəhərləndi

Cəlilabadda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

End of content

No more pages to load

RADİO