“Brookfield Asset Management” şirkətinin aktivlərinin həcmi 1 trilyon ABŞ dollarından çoxdur

Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Davosda Konnor Teski ilə görüşü məmnunluqla xatırlanıb. 
 

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyəti qeyd edilib.


Qeyd edək ki, “Brookfield” uzunmüddətli sahib kimi dünya üzrə institusional və fərdi investorlarla birlikdə investisiya edən qlobal investisiya şirkətidir.

Şirkətin kökləri 1899-cu ildə Braziliyanın San-Paulu şəhərində təsis edilmiş özəl kommunal şirkətə gedib çıxır, 125 ildən artıq tarixə malikdir. Şirkət sahib-operator yanaşmasını tətbiq edir: uzunmüddətli kapitalı praktiki əməliyyat təcrübəsi ilə birləşdirərək aktivlərin və bizneslərin dəyərini artırır.

Şirkətin idarə etdiyi aktivlərin həcmi 1 trilyon ABŞ dollarından çoxdur. 50-dən çox ölkədə fəaliyyət göstərir, 2 000-dən artıq qlobal investisiya yatırımı edib.
 

Fəaliyyət istiqamətləri infrastruktur (dünyanın ən iri infrastruktur investorlarından biri), enerji (dünyanın ən iri təmiz enerji portfellərindən birinin sahibi, operatoru və inkişaf etdiricisi), daşınmaz əmlak, özəl kapital və kredit sahələridir.


Şirkətin infrastruktur platforması 308 mindən çox telekommunikasiya obyektini, 77 min kilometr fiber-optik şəbəkəni, 150 data mərkəzini, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsini və 3200 kilometr ödənişli avtomobil yolunu əhatə edir. Onun kommunal infrastruktur biznesləri dünyada 10 milyondan çox istehlakçıya xidmət göstərir.

Şirkət suveren fondlar, pensiya fondları, sığorta şirkətləri, endaument fondları və ailə ofisləri ilə tərəfdaşlıq edir.

Şirkətin qiymətləndirməsinə görə, ümumi daxili məhsulu 2 trilyon ABŞ dolları olan Körfəz Əməkdaşlıq Şurası dünyanın ən iri iqtisadiyyatlarından biridir. Rəqəmsallaşma, dekarbonizasiya və qloballaşmanın yenidən formalaşması kimi qlobal meyillər regionda maliyyə infrastrukturu, biznes və istehlak xidmətləri, sənaye və səhiyyə sahələrində yeni imkanlar yaradır.

“Brookfield Asset Management” şirkəti 2025-ci ildə PEI Group tərəfindən “İlin firması: Qlobal”, “İlin fond meneceri: Qlobal” və “İlin enerji keçidi investoru: Qlobal” daxil olmaqla bir sıra mükafatlara layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

Kiyev cəbhə xəttindəki şəhərə çevrilir – “The Guardian”

Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək

Məcburi köçkünlər üzrə elektron baza yenilənəcək

Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

Canni İnfantino İlham Əliyevlə görüşü ilə bağlı paylaşım etdi – FOTO

Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

Fransanın dövlət borcu 3,6 trilyon avroya yaxınlaşdı

XƏBƏRDARLIQ: Qapağı şişibsə, yeməyin – VİDEO

XƏBƏRDARLIQ: Qapağı şişibsə, yeməyin – VİDEO

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Qoz-fındıq əvəzinə YERFINDIĞI - Allergiyası olanlar nələrə diqqət etməlidir?

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Dünya futbolu çalxalanır: Vinisius Junior öldü? – FOTOLAR

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Xaricdə təhsil almış 172 nəfərin diplomu TANINMADI

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Rusiyada təyyarə qəzası: 6 ölü var – VİDEO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olundu – FOTO

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən - “Hacı” tutuldu

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

637 min manatlıq mənimsəmə işi: Təqsirləndirilənlərdən ŞOK İFADƏ

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Rusiya Kalininqrad məsələsinə görə Britaniya və NATO-nu nüvə zərbəsi ilə hədələdi

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

Kolleclərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

SON DƏQİQƏ! Lənkəranda zəlzələ BAŞ VERDİ

Yuxu görərkən beyində nə baş verir?

Yuxu görərkən beyində nə baş verir?

Ukrayna bu mövqeləri geri qaytardı

Ukrayna bu mövqeləri geri qaytardı

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Oktyabrda hava necə olacaq? – AYLIQ PROQNOZ

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Həbsdə olan iş adamı Süleyman Babayevdən Apellyasiya Məhkəməsinə MƏKTUB – Sübutlar nəzərə alınacaqmı?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

Azərbaycan İtaliya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək?

End of content

No more pages to load

RADİO