Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,54 ABŞ dolları və ya 4,53 % azalaraq 116,83 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.
"Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti isə 118,41 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Bizim.Media