“Minmum əməkhaqqı ən azı 10, ən çoxu isə 15 faiz artırıla bilər”.
Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
MÖVZU İLƏ BAĞLI:
Pensiya alanların NƏZƏRİNƏ - Bu şəxslər üçün orta məbləğ 634 manata çatdı
O bildirib ki, iki ildi minimum əməkhaqqı artırılmadığı üçün iki ilin inflyasiyası nəzərə alına bilər:
“Minimum əməkhaqqı sonuncu dəfə 2025-ci il yanvarın 1-də qaldırılıb, 2026-cı ildə isə buna baxılmayıb. Əgər minimum əməkhaqqı artırılarsa, 2027-ci ilin yanvarın 1-dən qaldırılacaq. Son iki ildəki inflyasiyaya baxanda görürük ki, ötən il də, bu il də 5,7-5,8 faizli inflyasiya qeydə alınıb. Bu, son iki ildə təqribən 10-12 faiz qiymətlərin artması deməkdir. Güman edirəm ki, hökumət bunları nəzərə alıb, minimum əməkhaqqqını 10-15 faiz artıracaq”.
Bundan başqa ekspert gələn il üçün yaşayış minimumun da ortalama məbləği haqqında öz proqnozunu verib:
“Hazırda inflyasiya 5,7 faiz, yaşayış miniumu 300 manatdır. Təxmini hesablamalara görə deyə bilərik ki, yaşayış minimumu 317 manat ola bilər. Amma bunu tam bu şəkildə demək düzgün deyil. Çünki yaşayış minimumu istehlak səbətinə əsaslanır. Bunun hesablanması zamanı Nazirlər Kabinetinin təyin etdiyi minimum istehlak səbəti nəzərə alınır.
Orada həm ərzaq, həm qeyri-ərzaq məhsulları, həm də xidmətlər qeyd edilib. Həmin səbətdəki ərzaq, qeyri-ərzaq və xidmətlərin qiyməti nə qədər artıbsa, onun hesblanması həyata keçirililəcək və yaşayış minimumu bunun əsasında müəyyən ediləcək. Gözlənilir ki, bu rəqəm 6 faiz ətrafında dəyişəcək. Amma gələn aylarda qiymət necə dəyişəcək, növbəti il üçün proqnozlar nədir, yəni bütün bunlar əsasında hökumət qərar verir”.
Qeyd edək ki, hazırda minimum əməkhaqqı 400 manatdır. Bu il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, minimum əməkhaqqının məbləğinə ən azı ildə bir dəfə baxılacaq.
Xatırladaq ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300, əmək qabiliyyətli əhali üçün 3017, pensiyaçılar üçün 245, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib.
Günay Şahmar, Bizim.Media