Azərbaycanda həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən çoxtərəfli maliyyə institutları vasitəsilə dəstəklənməsi imkanları müzakirə olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İspaniyanın "Santander Bank"ının nümayəndələri ilə keçirilən görüşdə baş tutub.
Bu çərçivədə "Santander Bank"ı ilə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə Azərbaycan–İspaniya iqtisadi əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb. Bildirilib ki, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı, eləcə də birgə layihələrin həyata keçirilməsində maliyyə sektorunun rolu mühüm əhəmiyyət daşıyır.
"Həmçinin Azərbaycanda investisiyaların təşviqi və dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirələr olunub", - məlumatda qeyd olunub.

Bizim.Media