Niderland ABŞ və Kanadadakı 86 ton qızılını Londona köçürdü

Niderland Mərkəzi Bankı (DNB) artan geosiyasi gərginlik və böhranlara hazırlıq çərçivəsində ABŞ və Kanadada saxlanılan qızıl ehtiyatlarının 25 faizdən çoxunu Böyük Britaniyaya köçürüb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, mart və avqust ayları arasında təxminən 86 ton qızıl Nyu-York və Ottavadan Londona daşınıb. Londonda hazırda Niderlandın ümumi qızıl ehtiyatlarının ən böyük hissəsi toplanıb.

Niderland Mərkəzi Bankının rəhbəri Olaf Sleijpen bildirib ki, yenidən yerləşdirmə prosesi qızılın ticarət qabiliyyətini və likvidliyini artırır:

“Ümid edirik ki, bu ehtiyatlardan heç vaxt istifadə etməli olmayacağıq. Lakin, biz dayanıqlığımızı və böhrana hazırlığımızı gücləndirməliyik”.
 

Bankın artan geosiyasi qeyri-müəyyənliklər qarşısında böhran idarəetmə qabiliyyətini artırmağı hədəfləyir. Qızılın Londona daşınması potensial böhran vəziyətində ehtiyatların daha tez və effektiv şəkildə köçürülməsi və ya girov kimi istifadə edilməsinə şərait yaradacaq.


Niderlandın ehtiyatlarının saxlanıldığı İngiltərə Mərkəzi Bankının (BoE) seyflərində digər maliyyə qurumları və kommersiya təminatçıları adından 780 milyard dollardan çox dəyərində qızıl külçələri saxlanılır.

Dünyanın ən likvid qızıl bazarı olan London mərkəzi banklara ehtiyatlarını tez bir zamanda satmağa, yeni alışlar etməyə və ya dollar likvidliyini təmin etmək üçün qızılı girov kimi borc verməyə imkan verir.

Niderlandın bu strateji addımı Fransa Mərkəzi Bankının son aylarda ABŞ-də saxlanılan qızıl ehtiyatlarını satıb Parisə köçürməsindən qısa müddət sonra baş verib.

Bu, Avropa mərkəzi banklarının qızıl ehtiyatlarını yenidən strukturlaşdırması tendensiyasını gücləndirir. (azertag.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini AÇIQLADI

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini AÇIQLADI

Elvin Cəfərquliyev əməliyyat olundu

Elvin Cəfərquliyev əməliyyat olundu

Goranboyda məktəbli qız xəstəxanalıq oldu

Goranboyda məktəbli qız xəstəxanalıq oldu

"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka

"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka

Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Azərbaycan məşhur "Santander Bank"ı ilə əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan məşhur "Santander Bank"ı ilə əməkdaşlığı genişləndirir - FOTO

Tramp Hörmüz boğazına öz adının verilməsini TƏKLİF ETDİ

Tramp Hörmüz boğazına öz adının verilməsini TƏKLİF ETDİ

ABŞ-nin gecə zərbələri İranda 19 nəfərin ölümünə səbəb oldu

ABŞ-nin gecə zərbələri İranda 19 nəfərin ölümünə səbəb oldu

Niderland ABŞ və Kanadadakı 86 ton qızılını Londona köçürdü

Niderland ABŞ və Kanadadakı 86 ton qızılını Londona köçürdü

Qazaxın 4 kəndində qaz olmayacaq

Qazaxın 4 kəndində qaz olmayacaq

Bakıda ustanı elektrik cərəyanı vurub öldürdü

Bakıda ustanı elektrik cərəyanı vurub öldürdü

6 idmançımız imtahansız universitetə qəbul edildi - FOTO

6 idmançımız imtahansız universitetə qəbul edildi - FOTO

Goranboyda baş vermiş hadisə ilə bağlı operativ iclas keçirildi – FOTO

Goranboyda baş vermiş hadisə ilə bağlı operativ iclas keçirildi – FOTO

"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verdi

"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verdi

Milli Qəhrəmanın qardaşı: “İsraildə hərbi zavodda işləyirəm”

Milli Qəhrəmanın qardaşı: “İsraildə hərbi zavodda işləyirəm”

"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım – VİDEO

"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım – VİDEO

İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

Azərbaycan-Latviya münasibətləri müzakirə olundu - FOTO

Azərbaycan-Latviya münasibətləri müzakirə olundu - FOTO

Azərbaycanlıların ən çox istifadə etdiyi axtarış sistemi AÇIQLANDI

Azərbaycanlıların ən çox istifadə etdiyi axtarış sistemi AÇIQLANDI

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

Özlərini “həkim-diyetoloq” kimi təqdim edib "arıqlama çayı" satdılar - VİDEO

Özlərini “həkim-diyetoloq” kimi təqdim edib "arıqlama çayı" satdılar - VİDEO

Fransada Mbappeni oğurlamaq istədilər

Fransada Mbappeni oğurlamaq istədilər

Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı - FOTO

Azərbaycanın Latviyadakı yeni səfiri fəaliyyətə başladı - FOTO

Ərdoğan Putinlə S-400 məsələsini müzakirə edib?

Ərdoğan Putinlə S-400 məsələsini müzakirə edib?

End of content

No more pages to load

RADİO