Bakıda ustanı elektrik cərəyanı vurub.
Bizim.Media xəbər verir ki, hadisə sentyabrın 1-i saat 11 radələrində baş verib.
Belə ki, Xətai rayonu NZS qəsəbəsində usta işləyən Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Fəxrəddin Əliş oğlu Hacıyevi elektrik cərəyanı vurub.
O, hadisə yerində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media