Gədəbəydə 78 yaşlı kişinin meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində baş verib.
1948-ci il təvəllüdlü İslam Ələkbərovun meyitini qonşular yaşadığı evdə aşlar ediblər. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, 78 yaşlı kişi evdə tək yaşayırmış.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu