Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini AÇIQLADI

Dövlət İmtahan Mərkəziinin sədri Məleykə Abbaszadə magistraturada boş qalan yerlərlə bağlı danışıb.

Bizim.Media xəbər verir ki, M.Abbaszadə bildirib:

"Ötən günlərdə ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri elan edildi.

Əlavə yerləşdirmədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib və onlardan 508 nəfər magistraturaya qəbul olunub. Qəbul olunanların 82 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq. Beləliklə, əsas və əlavə yerləşdirmənin nəticələrinə görə, bu il magistraturaya ümumilikdə 13 516 nəfər qəbul olunub. Onlardan 6579 nəfər dövlət sifarişi əsasında təhsil alacaq.
 

Bu rəqəmlərə yalnız ümumi qəbul göstəricisi kimi deyil, ayrı-ayrı proqramlar üzrə formalaşan müsabiqə vəziyyəti baxımından da nəzər salmaq maraqlıdır.


Bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti fərqli olub.

Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis və aerokosmik mühəndislik istiqamətlərinə uyğun olan 4, 8, 21, 52, 55, 57 və 60 saylı proqramlar üzrə ayrılmış plan yerləri 100% dolub.

Burada bir məqamı da nəzərə almaq lazımdır ki, bəzi proqramlarda plan yerlərinin sayı az olduğundan onların tam dolacağı əvvəlcədən gözlənilən idi.

Digər tərəfdən, mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, səhiyyə, biotexnologiya və incəsənət sahələrinə aid 29, 41, 43, 45, 47, 59, 66, 69 və 70 saylı proqramlarda ayrılmış yerlərin 50%-i və ya daha çoxu boş qalıb.

Burada vacib bir məqamı xüsusi vurğulamaq istəyirəm. Ali təhsil müəssisələri üzrə qəbul planı ölkənin müvafiq sahələr üzrə mövcud və perspektiv kadr tələbatı nəzərə alınmaqla müəyyən edilir və Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Buna görə də hər hansı proqram üzrə plan yerlərinin boş qalmasını həmin ixtisasa və ya sahəyə ölkədə ehtiyacın olmaması kimi qiymətləndirmək doğru olmaz.
 

Eyni zamanda, boş yerlərin qalması yalnız bakalavrların seçimləri ilə də bağlı deyil. Bəzi proqramlar üzrə imtahan nəticələrinə əsasən ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı elə əvvəldən ayrılmış plan yerlərinin sayından az idi. Buna görə həmin proqramlarda qəbul planının tam dolmayacağı müsabiqədən əvvəl də bəlli idi.


Bu mənada magistraturaya qəbulun nəticələrini təhlil edərkən yalnız neçə plan yerinin dolduğuna deyil, həmin sahə üzrə müəyyən edilmiş kadr tələbatına, ayrılmış plan yerlərinin sayına və müsabiqədə iştirak etmək hüququ qazanan bakalavrların sayına birlikdə baxmaq daha düzgün mənzərə yaradır. Müqayisə üçün ötən ilin imtahan nəticələrinin təhlilinə də nəzər salmaq olar. “Abituriyent” jurnalının ötən ilin nəticələrinə həsr olunmuş 12-ci nömrəsində (səh. 350) təqdim edilən göstəricilər göstərir ki, proqramlar üzrə formalaşmış vəziyyət ümumilikdə bu ilin nəticələri ilə bənzərlik təşkil edir.

Fürsətdən istifadə edərək təhsil sahəsi üzrə mütəxəssislərə və qəbul nəticələrini təhlil edən şəxslərə də bir tövsiyə vermək istərdim.

Bu il keçirilən imtahanların nəticələrinin daha ətraflı və müqayisəli təhlili ilə tanış olmaq üçün nəşr olunacaq “Abituriyent” jurnalının 12-ci nömrəsinə nəzər salmağı tövsiyə edirəm. Jurnalda təqdim olunan statistik məlumatlar və təhlillər qəbul prosesində formalaşan tendensiyaları daha dəqiq qiymətləndirmək və əsaslandırılmış nəticələr çıxarmaq üçün faydalı mənbədir.
 

Magistraturaya qəbul olunan bütün bakalavrları təbrik edirəm. Ümid edirəm ki, magistratura təhsili sizin üçün sadəcə növbəti diplom deyil, seçdiyiniz sahədə biliklərinizi dərinləşdirmək, yeni bacarıqlar qazanmaq və peşəkar istiqamətinizi daha dəqiq müəyyənləşdirmək üçün faydalı bir mərhələ olacaq.


Sonda qəbul olunanlara vacib bir xatırlatma: magistraturaların boş qalan plan yerlərinə qəbul olmuş şəxslər 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək elektron qaydada my.gov.az platformasında qeydiyyatdan keçməlidirlər". (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rubio Rusiya haqqında: “Onlar dünyada ikinci ən böyük nüvə gücünə sahibdir”

Rubio Rusiya haqqında: “Onlar dünyada ikinci ən böyük nüvə gücünə sahibdir”

Gədəbəydə 78 yaşlı kişinin evində meyiti tapıldı

Gədəbəydə 78 yaşlı kişinin evində meyiti tapıldı

Qusarda leysan yağışlarının fəsadları yerində araşdırıldı — İcra başçısı və ADSEA rəsmiləri rayonda - FOTO

Qusarda leysan yağışlarının fəsadları yerində araşdırıldı — İcra başçısı və ADSEA rəsmiləri rayonda - FOTO

Şəkidə fərdi yaşayış evi əşyalarla birlikdə yandı - FOTO

Şəkidə fərdi yaşayış evi əşyalarla birlikdə yandı - FOTO

İran hakerlərindən ABŞ-yə kütləvi kiberhücum: Kritik obyektlər hədəf alındı

İran hakerlərindən ABŞ-yə kütləvi kiberhücum: Kritik obyektlər hədəf alındı

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Üzərində Trampın şəkli olan pullar buraxıldı

Üzərində Trampın şəkli olan pullar buraxıldı

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini AÇIQLADI

Məleykə Abbaszadə magistraturada yerlərin boş qalma səbəbini AÇIQLADI

Elvin Cəfərquliyev əməliyyat olundu

Elvin Cəfərquliyev əməliyyat olundu

Goranboyda məktəbli qız xəstəxanalıq oldu

Goranboyda məktəbli qız xəstəxanalıq oldu

"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka

"Bu yaşdan sonra ərə baxa bilmərəm" - Renka

Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Ermənistanda dəhşətli qəza: 5 nəfər ölüb, 11 yaralı var

Azərbaycan məşhur "Santander Bank"ı ilə əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan məşhur "Santander Bank"ı ilə əməkdaşlığı genişləndirir - FOTO

Tramp Hörmüz boğazına öz adının verilməsini TƏKLİF ETDİ

Tramp Hörmüz boğazına öz adının verilməsini TƏKLİF ETDİ

ABŞ-nin gecə zərbələri İranda 19 nəfərin ölümünə səbəb oldu

ABŞ-nin gecə zərbələri İranda 19 nəfərin ölümünə səbəb oldu

Niderland ABŞ və Kanadadakı 86 ton qızılını Londona köçürdü

Niderland ABŞ və Kanadadakı 86 ton qızılını Londona köçürdü

Qazaxın 4 kəndində qaz olmayacaq

Qazaxın 4 kəndində qaz olmayacaq

Bakıda ustanı elektrik cərəyanı vurub öldürdü

Bakıda ustanı elektrik cərəyanı vurub öldürdü

6 idmançımız imtahansız universitetə qəbul edildi - FOTO

6 idmançımız imtahansız universitetə qəbul edildi - FOTO

Goranboyda baş vermiş hadisə ilə bağlı operativ iclas keçirildi – FOTO

Goranboyda baş vermiş hadisə ilə bağlı operativ iclas keçirildi – FOTO

"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verdi

"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verdi

Milli Qəhrəmanın qardaşı: “İsraildə hərbi zavodda işləyirəm”

Milli Qəhrəmanın qardaşı: “İsraildə hərbi zavodda işləyirəm”

"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım – VİDEO

"Yoxa çıxan" Afaq Aslandan təəccübləndirən addım – VİDEO

İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

İran ABŞ-ni hədələdi: “Tezliklə yeni strategiyamızı görəcəksiniz”

End of content

No more pages to load

RADİO