Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işində müğənni Könül Kərimovanın da adı hallanır.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibinin dəyişməsi ilə əlaqədar məhkəmə istintaqının yeniləndiyi bildirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

Elçin Bağırov və Mübariz Məmmədov onlara qarşı irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini bildiriblər.

Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər.

 

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.


Təqsirləndirilən şəxslər məhkəməyə bir neçə vəsatət təqdim ediblər. Məhkəmə tərkibi qısa müşavirədən sonra həmin vəsatətlərin sənədlərin tədqiqi mərhələsində müzakirə olunacağını açıqlayıb.

Növbəti məhkəmə prosesi sentyabrın 16-sı saat 10:45-ə təyin edilib.

Xatırladaq ki, istintaq materiallarına əsasən, Elçin Bağırov və Mübariz Məmmədov vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə təkrar saxtalaşdırmaqda ittiham olunurlar.

İttihama görə, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “ARAZ T.İ” MMC-nin binasındakı 156 kvadratmetr sahəsi olan 126 nömrəli mənzili qanunsuz olaraq ələ keçirib.

Sözügedən mənzilin Sakit Məmmədova məxsus olduğu, müqavilə və maliyyə arayışının isə onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına rəsmiləşdirildiyi bildirilir.

İttiham aktında qeyd olunur ki, Mübariz Məmmədov 2011-ci il avqustun 13-də həmin mənzili “ARAZ T.İ” MMC-nin ofisində Elbrus Həsənova 156 min manata sataraq onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da Sakit Məmmədova 156 min manat məbləğində ziyan vurulduğu iddia edilir.

Mübariz Məmmədova qarşı digər ittiham isə yüz minlərlə manatlıq “hüquqi xidmət” vədləri ilə bağlıdır.
 

İstintaqın versiyasına əsasən, o, “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu müddətdə tanışı Bəhram Abbasova “Konstra” MTK-nın müxtəlif şəxslərə dəyərindən ucuz və qanunsuz satıldığı bildirilən mənzillərini şirkətə geri qaytaracağını və alıcılara ödənilən pulların geri verilməsini təmin edəcəyini vəd edib.


İttihama görə, Mübariz Məmmədov bu xidmətlərin göstərilməsi adı ilə 408 min manat alıb.

Bundan başqa, “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanması və onların dövlət ekspertizasında təsdiqlənməsinin təşkil ediləcəyi vədi ilə daha 175 min manatın ələ keçirildiyi iddia olunur.

Beləliklə, ittiham aktına əsasən, təkcə Mübariz Məmmədovla bağlı göstərilən bu epizodlarda söhbət ümumilikdə 739 min manatdan gedir.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktında müğənni Könül Kərimovanın da adı hallanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Azərbaycanda satılan "Papa mojet" məhsullarında aşkarlanan salmonella ilə bağlı AQTA-dan AÇIQLAMA

Azərbaycanda satılan "Papa mojet" məhsullarında aşkarlanan salmonella ilə bağlı AQTA-dan AÇIQLAMA

İyulda manatla pul kütləsi ARTIB

İyulda manatla pul kütləsi ARTIB

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

Məktəbə erkən başladı, sinifləri vaxtından əvvəl keçdi: 15 yaşında tələbə oldu

Məktəbə erkən başladı, sinifləri vaxtından əvvəl keçdi: 15 yaşında tələbə oldu

End of content

No more pages to load

RADİO