Kənd təsərrüfatı təyinatlı torpaqlarının alqı-satqısı və digər özgəninkiləşdirilmə hallarında məhdudiyyətlər tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə görə, dövlətin ehtiyacları üçün özgəninkiləşdirilmə halları istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və digər özgəninkiləşdirilməsi halları nəticəsində bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmadıqda yol veriləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media