Qızıl kəskin UCUZLAŞDI – Pulumuzu nəyə yatırsaq, uduzmarıq?

Qlobal bazarda baş verən təlatümlər təbii ki, ölkəmizdən də yan keçmir. Belə ki, dünyada qızıla marağın səngiməsi xarici valyutalara marağı artırıb. Bu durumda insanlar yenə də ehtiyat pullarını xarici valyutada saxlamağa başlayıblar.

Təbii ki, xarici valyutaya maraq iki istiqamətdə özünü büruzə verir.

Birinci halda insanlar dollar, avro və digər xarici valyutaları alaraq evdə saxlayırlar.

İkinci halda isə əlavə vəsaitlərini xarici valyutada banklara əmanət edirlər. Nəzərə alaq ki, banklara edilən əmanətlər “sandıq yatırımı”ndan daha sərfəli və etirbarlıdır. Çünki Azərbaycanda xarici valyutada qoyulan əmanətlər üzrə illik faiz dərəcələri banklardan asılı olaraq dəyişir və əsasən 1.00% - 4.50% aralığında təklif olunur. Üstəlik əmanətlər sığortalanır. Belə ki, qanunvericiliyə əsasən, sığortalanan xarici valyuta əmanətlərinin illik faiz dərəcəsinin yuxarı həddi 2.5% müəyyən edilib.

Bəs, ən etirbarlı xarici valyuta hansıdır?

Dollar bütün dünyada olduğu kimi Azərbaycanda da kifayət qədər populyardır. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi valyuta məhz dollardır.
 

Üstəlik, digər valyutalar üzən məzənnə ilə dəyər qazanırsa, dolların məzənnəsi inzibati yolla müəyyən olunur. Belə ki, dolların manata nisbətən məzənnəsi birbaşa Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bu da o deməkdir ki, manatın məzənnəsi uzun müddətdir dollara qarşı sabit qalır və  iqtisadi qeyri-müəyyənliklər fonunda dollar etibarlı qorunma aləti kimi qiymətləndirilir.


Ona görə də uzunmüddətli yığım və investisiyalar üçün dollar hələ də insanlarımızın əsas seçimlərdən biri və bəlkə də birincisidir.

Avro hələ tam rəğbət qazanmayıb, rubl isə...

Avro kifayət qədər populyar olsa da, insanlarımızın o qədər də marağını cəlb etmir. Çox az insan ehtiyat vəsaitini avroda saxlayır. Bununla belə avro ölkəmizdə üçüncü əsas yığım alətidir. Manat və dollardan sonra avroya inam və maraq hələ də qalır.
 

Rus rublu daha əvvəlki kimi populyar deyil. Məsələn 90-cı illərdə və 2000-ci ilin əvvəllərində ölkəmizdə rubla maraq böyük idi. Bunun da əsas səbəbi Rusiyada yaşayan soydaşlarımızın iqtisadi fəaliyyəti idi. Vaxtilə Rusiyadan hər ay ölkəmizə böyük ölçüdə vəsait göndərilirdi.


Bu vəsait bəzi hallarda rublla ifadə olunurdu. Eyni zamanda, Azərbaycandan Rusiyaya axın böyük olduğ üçün ölkəmizdə rubl ehtiyatı görənlər də vardı. Lakin son zamanlar bu sadaladığımız amillər əsasən aradan qalxdığı üçün və rublun sürətlə dəyər itirməsi bu valyutaya marağı azldıb.

Türk lirəsi

Son zamanlar Türk lirəsinə maraq artıb. Bu da onunla bağlıdır ki, Türkiyədə daşınmaz əmlak alan soydaşlarımızın sayı günbəgün artır. Eyni zamanda, Türkiyəyə mövsümi işlərə gedənların sayı çoxalıb. Bu səbəbdən lirəyə maraq ötən onilliklərlə müqayisədə artıb. Amma lirə hələ də vətəndaşlarımız üçün yığım alətinə çevrilməyib.

Mütəxəssislər hesab edirlər ki, bütün vəsaiti manatda və ya tam şəkildə xarici valyutada saxlamaq optimal seçim deyil. Daha sağlam yanaşma vəsaitlərin bir hissəsini manat depozitlərində, digər hissəsini isə dollar, avro və ya digər müdafiə alətlərində yerləşdirməkdir.

Bu strategiya həm gəlirlilik, həm də risklərin idarə olunması baxımından daha balanslı hesab edilir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda ailə FACİƏSİ: Ata və iki azyaşlı övladı çimərkən batdı

Ağdamda ailə FACİƏSİ: Ata və iki azyaşlı övladı çimərkən batdı

Yasamaldakı partlayışın kamera GÖRÜNTÜLƏRİ

Yasamaldakı partlayışın kamera GÖRÜNTÜLƏRİ

Laçına dolu düşdü – Faktiki hava

Laçına dolu düşdü – Faktiki hava

Qeydiyyat ver, evə şərik çıxsın - Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?

Qeydiyyat ver, evə şərik çıxsın - Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?

Hansı bürcü uğur, hansını çətinlik gözləyir?

Hansı bürcü uğur, hansını çətinlik gözləyir?

Metroya pulsuz keçmək istəyən qadın şüşə baryeri qırdı – ANBAAN VİDEO

Metroya pulsuz keçmək istəyən qadın şüşə baryeri qırdı – ANBAAN VİDEO

Putin Trampa məktub göndərdi

Putin Trampa məktub göndərdi

Xameneinin nəşi İrandan çıxarılacaq

Xameneinin nəşi İrandan çıxarılacaq

Gözlərdə səssiz TƏHLÜKƏ - Bu simptomlar ciddi xəstəlikdən xəbər verə bilər

Gözlərdə səssiz TƏHLÜKƏ - Bu simptomlar ciddi xəstəlikdən xəbər verə bilər

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb - FOTO

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb - FOTO

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Manaf Ağayev saxlanıldı

Manaf Ağayev saxlanıldı

Azərbaycan alma ixracından gəlirini 15 %-ə yaxın artırıb

Azərbaycan alma ixracından gəlirini 15 %-ə yaxın artırıb

Qızıl kəskin UCUZLAŞDI – Pulumuzu nəyə yatırsaq, uduzmarıq?

Qızıl kəskin UCUZLAŞDI – Pulumuzu nəyə yatırsaq, uduzmarıq?

Masazırda “Ford” yandı - VİDEO

Masazırda “Ford” yandı - VİDEO

Röyanın bahalı geyimi diqqət çəkdi - Bu libasına 7000 AZN verib – VİDEO

Röyanın bahalı geyimi diqqət çəkdi - Bu libasına 7000 AZN verib – VİDEO

Bakıda avtomobil kanalizasiya kollektoruna düşdü - VİDEO

Bakıda avtomobil kanalizasiya kollektoruna düşdü - VİDEO

İstanbulu su BASIB - Nəqliyyatın hərəkətində çətinlik yaranıb

İstanbulu su BASIB - Nəqliyyatın hərəkətində çətinlik yaranıb

Məzun gecəsində diplom təqdimatı zamanı müəllimlə tələbə arasında İNSİDENT – VİDEO

Məzun gecəsində diplom təqdimatı zamanı müəllimlə tələbə arasında İNSİDENT – VİDEO

Sankt-Peterburqa dron hücumu - VİDEO

Sankt-Peterburqa dron hücumu - VİDEO

Sabunçu rayonunda mənzildən kişi meyiti tapılıb

Sabunçu rayonunda mənzildən kişi meyiti tapılıb

Zaur Kamal ağır qəzaya düşdü - FOTO

Zaur Kamal ağır qəzaya düşdü - FOTO

Yeni avtomobillərin idxalı sığorta şirkətlərini necə ziyana saldı? – ARAŞDIRMA

Yeni avtomobillərin idxalı sığorta şirkətlərini necə ziyana saldı? – ARAŞDIRMA

SON DƏQİQƏ: İmişlidə zəlzələ olub

SON DƏQİQƏ: İmişlidə zəlzələ olub

End of content

No more pages to load

RADİO