Kredit borcunu bu yolla silmək istəyənlərə XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə son günlər ən çox paylaşılan və müzakirə edilən iddialardan biri də psixiatrik xəstəxanalara yerləşdirilən şəxslərin banklara olan kredit borclarının avtomatik silinməsi ilə bağlıdır. Bir çox istifadəçi tərəfindən real çıxış yolu kimi təqdim edilən bu məlumat qısa müddətdə geniş kütlənin diqqətini çəkməyi bacarıb. Lakin hüquqşünaslar və bank ekspertləri bu növ iddiaların heç bir qanuni əsasının olmadığını və tamamilə yanlış anlaşıldığını bildirirlər.

Mövzu ilə bağlı acı reallıqları, qanunun hansı hallarda güzəşt etdiyini və sosial şəbəkə trendlərinin pərdəarxasını araşdırdıq.

Bizim.Media xəbər verir ki, AQC İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc Demokrat.az-a bu barədə hər hansı rəsmi hüquqi əsas olmadığını bildirib.

“Belə bir qayda və ya qanun mövcud deyil. Yalnız o halda müəyyən istisna yarana bilər ki, vətəndaş kredit götürən zaman bankla birlikdə sağlamlıq sığortası və ya digər riskləri əhatə edən sığorta müqaviləsi bağlamış olsun. Əgər həmin müqavilədə bu kimi hallar nəzərdə tutulubsa, o zaman sığorta şirkəti kredit götürən şəxsin ödəmə qabiliyyətini itirməsi səbəbindən borcun ödənilməsini öz üzərinə götürə bilər.
 

Amma vətəndaşın sonradan psixi sağlamlığında yaranan dəyişiklik onun banka olan borcunun avtomatik olaraq sıfırlanması demək deyil. Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Əgər kredit götürülən zaman hər hansı sığorta sənədi imzalanmayıbsa və risklər sığortalanmayıbsa, həmin borcun bağlanmasından ümumiyyətlə söhbət gedə bilməz”,- o əlavə edib. 


O bildirib ki, kredit öhdəliyi vətəndaş tərəfindən könüllü şəkildə qəbul olunub və hüquqi qüvvəyə malikdir:

“Belə hallarda vətəndaşın səhhətində ciddi dəyişiklik baş verərsə, ona qəyyum təyin oluna bilər və bank da sonrakı hüquqi və maliyyə məsələlərini həmin qəyyum vasitəsilə həll edir. Eyni zamanda, bank istisna hallarda öz daxili qərarı əsasında borcun ödəniş müddətini uzada və ya müəyyən güzəştlər tətbiq edə bilər. Hətta bəzi hallarda fərdi qaydada borcun ləğvi ilə bağlı qərar da verilə bilər.

Lakin bu, bankın öz səlahiyyətində olan məsələdir və avtomatik hüquqi norma hesab edilmir. Bu səbəbdən də vətəndaşın psixi sağlamlığında baş verən dəyişikliklərə görə banka olan kredit borcunun avtomatik silinməsi ilə bağlı yayılan məlumatlar hüquqi baxımdan doğru deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

End of content

No more pages to load

RADİO