"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib

“Bakı Enerji Həftəsi” çərçivəsində İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) enerji nazirlərinin ilk iclası keçirilib.

Bizim.Media xəbər verir ki, “Karbohidrogenlər, enerji keçidi və enerji bağlantıları üzrə əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən iclasda çıxış edən energetika naziri Pərviz Şahbazov Azərbaycanın D-8-ə üzvlüyünün Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş çoxşaxəli xarici siyasət kursunun və uğurlu enerji diplomatiyasının məntiqi davamı olduğunu bildirib.

Nazir vurğulayıb ki, qlobal enerji bazarlarında müşahidə olunan dəyişikliklər, geosiyasi gərginliklər, enerji keçidi və elektrikləşmənin sürətlənməsi enerji siyasətində şaxələndirməni strateji zərurətə çevirib.

Bu baxımdan D-8 platforması Azərbaycan üçün Avropa ilə yanaşı, Asiya, Yaxın Şərq və Afrika istiqamətlərində də enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Çıxış zamanı Azərbaycanın enerji təhlükəsizliyi ilə enerji keçidi arasında balanslı siyasət həyata keçirdiyi, neft-qaz, elektrik enerjisi və yaşıl enerji sahələrində regional enerji dəhlizlərinin inkişafına töhfə verdiyi qeyd olunub.
 

D-8 ölkələri ilə enerji əməkdaşlığının perspektivlərinə toxunularaq Türkiyə, Pakistan, İran, Misir, İndoneziya, Banqladeş, Malayziya və Nigeriya ilə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə məlumat verilib. Neft və qaz ticarəti, LNG təchizatı, elektrik enerjisi mübadiləsi, bərpa olunan enerji, enerji infrastrukturu və investisiya enerji əməkdaşlığının potensial istiqamətləri kimi qeyd olunub.


Energetika naziri Pərviz Şahbazov deyib ki, ortaq dini və mədəni dəyərləri bölüşən dövlətləri birləşdirən və üç qitəni əhatə edən D-8 platforması enerji təhlükəsizliyi, enerji keçidi və enerji bağlantıları kimi mühüm istiqamətlərdə əməkdaşlığın daha geniş müstəviyə çıxarılmasına yol açır. Bakı Bəyannaməsi bu əməkdaşlığın gələcək konturlarını müəyyən edərək təmiz enerji, enerji bağlantıları, karbohidrogenlərin səmərəli idarə olunması, investisiya mühitinin gücləndirilməsi və texnoloji inkişafı əsas prioritetlər kimi təsbit edir.

Gələcəkdə “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması isə bu əməkdaşlığın praktiki icrasını təmin edən mühüm institusional addım olacaqdır.

İclas çərçivəsində “Enerji əməkdaşlığı üzrə Bakı Bəyannaməsi” qəbul olunub və “D-8 Enerji və İqlim Mərkəzi”nin Nizamnaməsinin ilkin təqdimatı edilib.

İclasda D-8 təşkilatını Baş katibi Sohail Mahmud, Türkiyəni energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Pakistanı neft naziri Əli Pervaiz Maliki, Misiri neft və mineral ehtiyatlar naziri Karim Badavi, Banqladeşi elektrik, enerji və mineral ehtiyatlar naziri İqbal Həsən Mahmud, İranı neft nazirinin müavini Səid Təvəkkoli, İndoneziyanı və Malayziyanı diplomatik nümayəndələri təmsil edib. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

End of content

No more pages to load

RADİO