Çində başlayan proses təşviş doğurdu: Azərbaycanı nə gözləyir? – 5 illik ssenari

Çində tam avtomatlaşdırılmış və demək olar ki, insan müdaxiləsi olmadan işləyən “ağıllı limanlar” sürətlə inkişaf edir. Ən məşhur nümunələrdən biri Qingdao Port limanıdır. Belə ki, burada konteynerlərin daşınmasını sürücüsüz robot maşınları həyata keçirir. Nəhəng kranlar uzaqdan idarə olunur və ya süni intellekt sistemi ilə işləyir. Gəmilərin yüklənməsi və boşaldılması proseslərinin böyük hissəsi də avtomatik həyata keçirilir.

Bundan başqa, tekstil sənayesində də artıq insan iştirakı minimuma endirilən “ağıllı anbarlar” yaradılır. Belə anbarlarda əsas işi robotlar və süni intellekt görür.

Bütün dünyada insansız idarəetmə prosesləri sürətləndiyi bir vaxtda yaxın 3-5 il ərzində bizi nə gözləyir? Bu, insanların işsiz qalmasına gətirib çıxa bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşovun sözlərinə görə ki, növbəti 5 ildə süni intellekt, robotlar və avtomatlaşdırılmış sistemlərin tətbiqi daha da genişlənəcək:

“Limanlarda, anbarlarda, logistika mərkəzlərində və hətta bəzi istehsal sahələrində insan əməyinə olan tələbat azalacaq. Ancaq bu, insanların tamamilə işsiz qalacağı anlamına gəlmir. Çünki istənilən texnologiyanın arxasında yenə insan dayanır. Robotun özü də avadanlıqdır, onun mühərriki, sensorları, proqram təminatı, mexaniki və digər hissələri var. Avadanlıq sıradan çıxdıqda, proqramda xəta yarandıqda yaxud sistem gözlənilməyən vəziyyətlə qarşılaşdıqda müdaxilə edən insan olur. Robotun təmirini, texniki xidmətini, proqram yenilənməsini və idarə edilməsini yenə insanlar həyata keçirir”.

Ekspert bildirib ki, texnoloji inqilablar bəzi peşələri sıradan çıxarsa da, onların yerinə yeniləri yaradılır:
 

“Məsələn, əvvəllər anbar işçilərinin gördüyü bəzi işləri robotlar görə bilər, amma bunun əvəzində robot texniki, avtomatlaşdırma mühəndisi, məlumat analitiki, süni intellekt operatoru kimi yeni ixtisaslara ehtiyac artır. Ona görə də əsas məsələ insanların işsiz qalması deyil, əmək bazarının transformasiyasıdır. İnsan faktoru heç bir zaman istehsaldan tam çıxmayacaq. Çünki hər bir sistemi quran da, inkişaf etdirən də, nəzarətdə saxlayan da insandır.


Texnologiya insanı tam əvəz etmir, daha çox onun iş üsulunu dəyişir və fiziki əməyin bir hissəsini üzərinə götürür. Bu səbəbdən yaxın illərdə insan və maşının birlikdə işlədiyi hibrid modelin daha geniş yayılacağını gözləmək olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

End of content

No more pages to load

RADİO