Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək

Azərbaycan və Dünya Bankı arasında M3 magistral avtomobil yolunun Biləsuvar-Astara hissəsinin bərpası üzrə potensial maliyyələşmə imkanları nəzərdən keçirilib və regional nəqliyyat dəhlizlərinin iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından strateji rolu vurğulanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti, enerji və nəqliyyat sektorlarında həyata keçirilən birgə layihələr, eləcə də gələcək prioritet istiqamətlər müzakirə olunub.
 

Həmçinin, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dayanıqlı şəhər inkişafı və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.


S.Babayev Dünya Bankı ilə əməkdaşlığın Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini bildirərək, tərəfdaşlığın enerji keçidi, nəqliyyat bağlantılarının gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi, sosial müdafiə, məşğulluq və institusional islahatlar istiqamətlərində uğurla inkişaf etdiyini qeyd edib.

O, enerji sektoru üzrə əməkdaşlığın əhəmiyyətinə toxunaraq "AZURE" layihəsinin Azərbaycanın yaşıl enerji keçidi strategiyasında xüsusi yer tutduğunu vurğulayıb.

Bildirilib ki, layihə çərçivəsində bərpa olunan enerji mənbələrinin milli elektrik ötürücü şəbəkəsinə inteqrasiyası, elektrik ötürücü infrastrukturunun genişləndirilməsi istiqamətində işlər ardıcıl şəkildə həyata keçirilir.

Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Regional bağlantı və inkişaf" layihəsinə toxunan S.Babayev Salyan-Biləsuvar yol dəhlizinin yenidən qurulmasının başa çatdırılmasının regional bağlantıların gücləndirilməsi və logistika infrastrukturunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
 

Öz növbəsində R.Prays Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, enerji infrastrukturu, iqlim dayanıqlığı, yaşıl inkişaf, sosial müdafiə, məşğulluq və insan kapitalının gücləndirilməsi istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.


O, Dünya Bankının WUF13-də iştirakının dayanıqlı şəhərsalma və infrastruktur inkişafı sahəsində tərəfdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Tərəflər həmçinin gələcək strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan və Dünya Bankı arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO