Qurban bayramı ərəfəsi ƏTİN QİYMƏTİ qalxacaq

Hər il Qurban bayramı ərəfəsində qoyun və quzu ətinin qiyməti başqa günlərə nəzərən daha da artır. Lakin bayramdan sonra yenə də əvvəlki qiymətə satılır. Bəs görəsən, bu il də qiymətlərdə artım gözlənilirmi? Ümumiyyətlə, qiyməti kim və necə tənzimləyir? Nəyə görə məhz bayramqabağı artım müşahidə olunur?

Bizim.Media xəbər verir ki, iqtisadçı Asif İbrahimovun “lent.az”a açıqlamasına görə, qiymətin qalxmasının əsas səbəbi ətə olan təlabatın birdən-birə artmasıdır:
 

“Qurban bayramı yaxınlaşdıqca ictimaiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri qurbanlıq heyvanların və ümumilikdə qırmızı ətin qiymətləridir. Onsuz da yüksək olan quzu əti qiymətlərinin bayramqabağı dövrdə yenidən artacağı ilə bağlı narahatlıqlar cəmiyyətdə geniş yayılıb. Lakin məsələyə emosional yox, iqtisadi və sistemli yanaşmaq vacibdir.


İlk növbədə qeyd edim ki, Qurban bayramı ərəfəsində qiymət artımı təsadüfi hadisə deyil və bu, uzun illərdir təkrarlanan bazar davranışıdır.

Əsas səbəb tələbin qısa zaman ərzində kəskin şəkildə artmasıdır. Minlərlə ailənin eyni vaxtda qurbanlıq heyvan almağa yönəlməsi bazarda ciddi təzyiq yaradır. Təklif, yəni satışa çıxarılan uyğun heyvan sayı bu sürətlə artmadıqda qiymətlərin yüksəlməsi qaçılmaz olur.

Lakin məsələni yalnız “tələb çoxalıb” arqumenti ilə izah etmək düşünürəm ki, kifayət deyil. Əgər eyni ssenari hər il təkrarlanırsa, bu zaman haqlı sual yaranır, bazar niyə buna hazır olmur? Qurban bayramının vaxtı əvvəlcədən məlum olduğu halda, niyə mövsümi planlama, heyvan ehtiyatı və bazara çıxarılacaq təklif öncədən koordinasiya edilmir?

Son illərdə heyvandarlıq sektorunda müşahidə olunan struktur problemlər də qiymətlərə birbaşa təsir edir. Yem və ot qiymətlərinin artması, baytarlıq xərcləri, nəqliyyat və saxlanma xərclərinin yüksəlməsi fermerin maya dəyərini artırır. Bu isə nəticə etibarilə satış qiymətlərinə ötürülür.
 

Fermer üçün heyvan saxlamaq daha bahalı olduqca, bazarda təklif azalır və qiymət dəyişikliklərinə həssaslıq artır.


Digər vacib məqam bazarın rəqabət mühitidir. Rəsmi olaraq ətin qiymətini dövlət müəyyən etmir və qiymətlər bazarda tələblə təklif əsasında formalaşır. Ancaq praktiki olaraq çox suallar açıq qalır. İstehlakçılar uzun illərdir eyni müşahidəni edir ki, qiymətlər bayram ərəfəsində sürətlə artır, lakin bayramdan sonra əvvəlki səviyyəyə tam qayıtmır. Bu isə bazarda rəqabətin yetərli olub-olmaması, qiymət davranışlarının nə dərəcədə şəffaf olması barədə müzakirələri aktuallaşdırır.

Bu mənada məsələni iki ifrata aparmaq düzgün olmaz. Bir tərəfdən, bütün bahalaşmanı “süni qiymət artımı” adlandırmaq iqtisadi reallığı görməməkdir. O biri tərəfdən isə “bazardır, normaldır” yanaşması da cəmiyyətin legitim suallarını cavabsız qoyur. Reallıq ondan ibarətdir ki, burada həm obyektiv iqtisadi faktorlar, həm də bazarın struktur problemləri eyni anda rol oynayır”.

İqtisadçı vurğulayıb ki, bayram yaxınlaşdıqca qurbanlıq qoyun və quzu qiymətlərində artım gözlənilir:
 

“Hazırda gözlənti ondan ibarətdir ki, Qurban bayramı yaxınlaşdıqca qurbanlıq qoyun və quzu qiymətlərində müəyyən artım müşahidə oluna bilər. Artımın miqyası isə bazara çıxarılan heyvan sayı, idxal imkanları, logistika xərcləri və dövlətin təklifin artırılması istiqamətində atacağı addımlardan asılı olacaq.


Mövzuya uzunmüddətli həll isə yalnız bayramqabağı inzibati reaksiyalarla deyil, heyvandarlığın məhsuldarlığının artırılması, yem təminatının yaxşılaşdırılması, fermer dəstəyi və daha rəqabətli bazar mexanizmlərinin qurulması ilə mümkündür. Qurban bayramı öncəsi yaranan qiymət təzyiqi əslində ilin bir neçə gününün problemi deyil, kənd təsərrüfatı və ərzaq bazarındakı daha dərin struktur məsələlərin göstəricisidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

End of content

No more pages to load

RADİO