Xəzərdən Avropaya: Türk Dövlətlərinin Enerji Körpüsü

Ötən həftəni böyük bir coğrafi ərazinin və regionumuzu əhatə edən məkanın gələcək əlaqələrinə təsir edəcək hadisə ilə yola saldıq. Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatı liderlərinin zirvə toplantısı bu keşməkeşli dövrdə bizləri irəli apara biləcək yeni əlaqələrin vacibliyini bir daha ortaya qoydu.   

TDT-nın enerjisi

Türk Dövlətləri Təşkilatı artıq təkcə ortaq dil və tarix platforması deyil, həm də Avrasiyanın yeni enerji və logistika mərkəzlərindən birinə çevrilir. Xəzərdən başlayan neft və qaz marşrutları məhz türk dövlətlərinin coğrafiyası üzərindən Avropaya, Çin istiqamətinə və dünya bazarlarına müxtəlif səmtlərdə çıxır. Bu gün Azərbaycan, Qazaxıstan və Türkmənistan enerji resursları ilə, Türkiyə isə strateji tranzit və enerji habı rolu ilə təşkilatın iqtisadi çəkisini artırır. Əslində, Türk dünyasının gələcək gücü yalnız enerji ehtiyatlarında deyil, bu resursları birləşdirən boru kəmərləri, nəqliyyat dəhlizləri və ortaq iqtisadi inteqrasiyada formalaşır.
 

Ötən il Türk Dövlətləri Təşkilatı üzrə, o cümlədən Türkmənistanı nəzərə almaqla, çünki bu ölkə özünün BMT-dəki neytral statusuna xələl gətirməmək üçün hələ müşahidəçi qismindədir, təqribən 144 mln ton neft və kondensat, həmçinin 241 mlrd kubmetrdən çox mavi yanacaq istehsal edilib. Və bu həcmlərin artımı sonrakı illərdə davam edəcək.


Qazaxıstan 2030-cu ilə kimi maye karbohidrogen hasilatını 120 mln tona qədər artırmağı hədəfləyib, Türkiyə isə ildə 10 mln ton neft və 15 mlrd kubmetrədək qaz çıxarmağı proqmozlaşdırır.

Ümumən isə, türk dövlətlərinin enerji potensialı kifayət qədərdir və bu enerji nəinki onların özlərinin iqtisadiyyatlarını artırmağa, həmçinin enerjidə marağı olan ölkələrə təsirlərini də artırmağa yetərlidir. Özü də bu enerji təkcə neft və qazla kifayətlənmir. Çünki Xəzəri o tayındakı torpaqlarda təkcə yerin altındakı deyil, üstündəki enerji resursları da boldur.

Yarımsəhra iqlim ona imkan verir ki, həm günəşin enerjisindən, həm də çöllərin yelindən yaranan enerjidən yararlanasan.

Bu məqsədlə Xəzərin dibindən keçməklə artıq üc ölkə - Azərbaycan, Qazaxıstan və Özbəkistan elektrik şəbəkələrinin birləşdirilməsi üçün ortaq layihəyə də başlayıblar.

Yaşıl enerji nəqli isə Azərbaycandan Avropaya qədər uzanmağı hədəfləyib. Özü də təkcə Gürcüstan, daha sonra Qara dənizin dibi ilə Avropa İttifaqı ölkələrinə yox. Rəsmi Bakı Zəngəzur enerji dəhlizinin reallaşmasından sonra elektrik enerjisinin Türkiyə üzərindən də Avropa ölkələrinə ixracını mümkün hesab edir. Çünki quru yolla enerjinin daşınması bu halda daha tez və daha ucuz başa gələ bilər ki, bu da fərqli coğrafi məkanlar arasında enerji mübadiləsinin iqtisadi baxımdan daha cəlbedici edə bilər. Necə deyərlər, qarşıda bizi daha masştablı layihələr gözləyir.

Qarabağın yaşıl enerjisi

Yola saldığımız həftə Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin günəş və su potensialı haqda yeni məlumatlarla çıxış edib. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə dövlət başçısı bəyan edib ki, yaxın iki il ərzində Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Prezidentin sözlərinə görə, Cəbrayılda ən böyük günəş elektrik stansiyaları inşa edilir - üç stansiyanın ümumi gücü 340 meqavat təşkil edəcək.

Qeyd edim ki, bunlardan ən böyüyü Cəbrayılda bp və tərəfdaşlarının ərsəyə gətirdiyi “Şəfəq” günəş elektrik stansiyasıdır. “Şəfəq” elektrik stansiyasında ilk günəş panellərin quraşdırılmasına artıq aprel ayında başalnılıb və gələn il stansiya istismara verilən zaman 240 MVt enerji gücündə olacaq.
 

Bundan əlavə Cəbrayıl rayonunda hərəsi 50 MVt olmaqla 2 günəş elektrik stansiyası da tikilir. Onlar “Nobel Energy” şirkətinin tikdiyi “Üfüq” elektrik stansiyası və “Clean Energy” şirkətinin tikdiyi “Şəms” elektrik stansiyasıdır. 


Dövlət başçısı bu stansiyaların gələcəkdə oynayacağı iqtisadi əhəmiyyəti insanlara çatdırmaq üçün izah edib ki, hazırda təkcə 340 meqavat enerji ilə bütün işğaldan azad edilmiş əraziləri işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə ümumi gücü 300 meqavatdan çox kiçik su elektrik stansiyalarını da işə salmışıq, onda təqribən bir-iki il ərzində bu bölgənin günəş və su potensialı elektrik istehsalı 700 meqavata yaxın olacaq.

bp rəhbərinin Azərbaycana səfəri

Mayın 12-də Azərbaycan Prezidenti “bp Group” şirkətinin yeni baş icraçı direktoru Meq O’Nili qəbul edib və Britaniya şirkəti ilə ölkəmiz arasında 30 ildən artıq davam edən məhsuldar əməkdaşlığın bundan sonrakı perspektivlərini müzakirə edib.

Qeyd edim ki, xanım O'Nil bp-nin xaricdən dəvət edilən ilk rəhbəri olmaqla yanaşı, həm də dünyanın “TOP-5” iri neft-qaz şirkətlərindən birinə rəhbər gələn ilk qadın kimi də tarixə düşüb. bp-nin belə addım atması isə onun səhmdarlarının istəyindən qaynaqlanır.

Çünki 2020-ci ildən başlayan “enerji transformasiyası” siyasəti və yaşıl enerjiyə sürətli keçid praktikada özünü heç də arzu edilən şəkildə doğrultmadı və bu müddətdə 4 rəhbərin dəyişməsi də onu göstərir ki, səhmdarlar ilk növbədə şirkətin gəlirliyinin artmını təmin edəcək rəhbərə ümidlidirlər. İkinci rübün əvvəlindən vəzifələrinin icrasına başlayan yeni bp rəhbəri isə qısa müddətdə Azərbaycana səfər edib, buradakı layihələrlə yerindəcə tanış olmaq, ölkənin siyasi rəhbərliyi ilə əməkdaşlıq məsələlərini müzakirə etmək qərarına gəlib. 
 

Cari ilin I rübünün yekunlarına görə, bp-nin rəhbərliyi altında AÇG layihəsi üzrə gündəlik 325 min barel xam neft, 12 mln kubmetr səmt qazı, “Şahdəniz” layihəsindən isə gündəlik 76,5 mln kubmetr qaz və 77,5 min barel kondensat hasil edilib.


Ümumiyyətlə, Azərbaycanda hasil edilən əmtəəlik qazın 83%-i bp-nin operatorluğu ilə hasil edilir. Buna görə də Britaniya şirkəti Azərbaycandakı layihələri zaman keçdikcə həm də genişləndirir. Bir neçə aya bp artıq “Azəri-Çıraq-Günəşli” layihəsindən təbii qaz hasilatına başlayacaq, 3 il sonra isə “Qarabağ” dəniz yatağından ilk neft hasilatını planlaşdırır. Futbol termini ilə desək, bp üçün Azərbaycandakı əməliyyatlar “doğma divarlar” arasında keçirilən hislərə bənzəyir.  

bp Azərbaycanla əməkdaşlıq sənədləri imzalayır

Qeyd edim ki, bp-nin baş icraçı direktorunun Bakıya səfəri çərçivəsində İqtisadiyyat nazirliyi ilə şirkət arasında yüksək məhsuldarlıqlı hesablama  infrastrukturunun inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə bp ilə SOCAR arasında imzalanmış Anlaşma Memorandumu isə tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə və ölkəmizin qlobal enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə yönəlib.  

bp-nin SOCAR-la yeni sövdələşməsi

Bu səfərdən cəmi bir gün sonra bp ilə SOCAR-ın praktiki əməkdaşlığına dair maraqlı bir sənəd də imzalandı. Özü də əvvəllər üçüncü ölkələrdə əməkdaşlığı nəzərdə tutan razılaşma əsasında. bp mayın 13-də Özbəkistanın  “Üstyurt” geoloji regionundakı altı blok üzrə hasilatın pay bölgüsü sazişinə qoşulduğunu elan etdi. Saziş Daşkənddə keçirilən "Özbəkistan Neft-Qaz Konfransı 2026" çərçivəsində imzalanıb.
 

İndi imzalanan saziş nəticəsində bp layihə üzrə mövcud tərəfdaşlarının - SOCAR və "Uzbekneftegaz"ın hər birindən 20% iştirak payı almaqla müqavilədə 40 % paya malik olur. "Uzbekneftegaz"  və SOCAR isə hərəyə 30% payla təmsil olunur. Hazırda layihə SOCAR-ın operator olaraq həyata keçirdiyi seysmik tədqiqat işləri ilə öz ilkin mərhələdədir.


Rəsmi Daşkənd “Üstyurt” layihəsinə bp şirkətinin daxil olmasına böyük önəm verib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin SOCAR və bp nümayəndə heyətini qəbul etməsi bunun bariz nümunəsidir. Bunun bağlı Özbəkistan prezidenti mətbuat xidmətinin yaydığı açıqlamada rəsmi Daşkənd energetika sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu məmnunluqla vurğulayaraq SOCAR-ın Özbəkistanda nümayəndəliyinin açılması barədə qərar qəbul edildiyini bildirib.

Qeyd edim ki, bundan öncə SOCAR Xəzərin o tayında öz nümayəndəliyini Türkmənistan paytaxtında açmışdı. İndi Mərkəzi Asiyanın içərilərinə doğru irəliləyərək fəaliyyət sahəsini genişləndirir. Ümid edək ki, bir qədər sonra Qazaxıstanla artan enerji əlaqələri fonunda SOCAR-ın nümayəndəliyi bu ölkədə də açılacaq.

BTC ilə axan Qazaxıstan nefti

Onu deyim ki, elə bu günlərdə Qazaxıstan tərəfi Azərbaycan üzərindən daşıdığı neft həcmlərini açıqlayıb. Bu ilin yanvar-aprel aylarında Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində Qazaxıstanın göndərdiyi neft həcmi 471 min ton təşkil edib. "KazTransOil" şirkətinin açıqladığı məlumata görə, təkcə aprel ayında Aktau limanı vasitəsilə Azərbaycanın əsas ixrac kəməri istiqamətində 125 min ton Qazaxıstan nefti yüklənib.

Daha əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirmişdi ki, Qazaxıstan 2026-cı ildə Azərbaycan üzərindən dünya bazarlarına 2,2 milyon tona qədər neft ixrac etməyi planlaşdırır.

İlham Şaban, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO