Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) 28 830 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.
Bizim.Media bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, müavinət ödənişləri 13 372 nəfər qız, 15 830 nəfər oğlan uşağına görə aparılıb.
Bizim.Media