Səhiyyə Nazirliyinin Səhiyyənin Təminat Mərkəzi qripə qarşı yeni peyvənd alacaq.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Məlumata əsasən, qurum qripə qarşı 4 valentli, 1 dozalıq şprisdə 50.000 ədəd peyvənd sifariş edir.
Peyvəndlərin idxalına 1,1 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb. (iqtisadiyyat.az)
Bizim.Media