Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləği uzun müddətdir müzakirə mövzusudur. Hazırda veteranlara ödənilən 80 manatlıq təqaüdün həyat şəraitinə və artan qiymətlərə uyğun olmadığı ilə bağlı fikirlər səsləndirilir. Ekspertlər hesab edir ki, sosial ödənişlər inflyasiya və yaşayış minimumuna uyğun şəkildə yenilənməlidir.

Bəs gələn il veteran pulu artırıla bilərmi?

Bizim.Media xəbər evrir ki, mövzu ilə bağlı KONKRET.az-a iqtisadçı Asif İbrahimov danışıb.

O bildirib ki, veteranlara ödənilən vəsait cəmiyyətdə ciddi suallar doğurur:

“Müharibə veteranlarına verilən 80 manatlıq təqaüdlə bağlı həmvətənlərimiz kimi məndə də ciddi suallar yaradır. Məbləğ həddindən artıq azdır. Amma məni düşündürən əsas məsələ yalnız məbləğin azlığı deyil, eyni zamanda bu rəqəmin hansı prinsip və hesablamaya əsasən müəyyən edilməsidir. Bunun hesablama indeksini bizimlə də bölüşsələr təşəkkür edərdim ki, bu 80 manatı necə hesablayıb, layiq biliblər”.

İqtisadçı qeyd edib ki, məbləğin formalaşması ilə bağlı ictimaiyyətə aydın iqtisadi metodologiya təqdim olunmayıb:

“Mənə çox maraqlıdır, bu rəqəm niyə 70 yox, niyə 90 yox, 150 yox, məhz 80 manatdır? Çünki bu məbləğin formalaşması ilə bağlı ictimaiyyətə aydın iqtisadi metodologiya təqdim olunmayıb. Halbuki sosial ödənişlər şəffaf meyarlarla müəyyən edilməlidir”.

Ekspertin sözlərinə görə, beynəlxalq praktikada veteranlara münasibət yalnız simvolik yanaşma üzərində qurulmur:

“İnflyasiya, yaşayış minimumu, sosial rifah göstəriciləri və xidmətin ağırlıq dərəcəsi nəzərə alınır. Azərbaycanda isə veteran ödənişləri uzun müddətdir real iqtisadi dəyişikliklərin tempinə uyğun indeksləşdirilmir. Veteran statusu sadəcə hüquqi kateqoriya deyil, dövlət qarşısında xidmətin və fədakarlığın göstəricisidir. Bu baxımdan sosial təminat mexanizmləri də həmin statusun cəmiyyət üçün daşıdığı dəyərə uyğun olmalıdır”.

İqtisadçı hesab edir ki, gələcək mərhələdə veteran təqaüdləri ən azı yaşayış minimumuna uyğunlaşdırılmalı və inflyasiya indeksasiyası tətbiq edilməlidir:

“Bu istiqamətdə diferensial sosial dəstək modeli qurulmalıdır. Bu yanaşma həm sosial ədalət prinsipinə, həm də beynəlxalq sosial müdafiə standartlarına daha uyğun olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kredit götürərkən bu məqamlara diqqət edin –VİDEO

Kredit götürərkən bu məqamlara diqqət edin –VİDEO

Nazir komandiri işdən çıxardı - FOTO

Nazir komandiri işdən çıxardı - FOTO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi – VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi – VİDEO

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

Tokayev: “Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur”

Ağcabədidə 24 yaşlı oğlan facivəi şəkildə HƏYATINI İTİRDİ

Ağcabədidə 24 yaşlı oğlan facivəi şəkildə HƏYATINI İTİRDİ

Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Prezident: “Birinci Türkoloji Qurultayın əksər nümayəndələrini amansız repressiyalara məruz qoydular”

Türk Dünyası yenidən Bakıda toplaşır – VİDEO

Türk Dünyası yenidən Bakıda toplaşır – VİDEO

Şəki Xan Sarayı ilə bağlı tarixi sirlər ortaya çıxdı - FOTO

Şəki Xan Sarayı ilə bağlı tarixi sirlər ortaya çıxdı - FOTO

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

Bakıda ağaclarda dərmanlama işləri aparılır – FOTO

Bakıda ağaclarda dərmanlama işləri aparılır – FOTO

Bakıda II “Türkman irsi” Forumu – Türk Dünyasına ortaq gələcək mesajı – VİDEO

Bakıda II “Türkman irsi” Forumu – Türk Dünyasına ortaq gələcək mesajı – VİDEO

İlham Əliyevdən "Türk Dünyası Həftəsi"nin iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "Türk Dünyası Həftəsi"nin iştirakçılarına MÜRACİƏT

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Leyla Əliyeva və Alona Əliyeva Xeyirxahlıq Festivalında – FOTO

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU

Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə HÖKM OXUNDU

Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu – FOTO

Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu – FOTO

Baş nazirdən ərzaqlıq buğdanın qiyməti ilə bağlı SƏRƏNCAM

Baş nazirdən ərzaqlıq buğdanın qiyməti ilə bağlı SƏRƏNCAM

Bakıda "Türk Dünyası Həftəsi" BAŞLADI - FOTO

Bakıda "Türk Dünyası Həftəsi" BAŞLADI - FOTO

Xarici İşlər Nazirliyinin BƏYANATI

Xarici İşlər Nazirliyinin BƏYANATI

Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

Çay sahilində çətənə kolu yetişdirdi, tutuldu - Qaxda meşəlik ərazidə ƏMƏLİYYAT – ANBAAN VİDEO

Rusiyadan sonra Çinə SƏFƏR ETDİ – Nə baş verir? – VİDEO

Rusiyadan sonra Çinə SƏFƏR ETDİ – Nə baş verir? – VİDEO

Polis Saatlıda əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Polis Saatlıda əməliyyat keçirdi – Saxlanılanlar var - FOTO

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Rusiyadan Sumı və Zaporojyeye RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Şəmkirdə evdə qadın meyiti TAPILDI

Şəmkirdə evdə qadın meyiti TAPILDI

End of content

No more pages to load

RADİO