“Bu ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 3,4 faiz, məbləğ ifadəsində desək 2,9 milyard ABŞ dolları artaraq 87,9 milyard ABŞ dollarına çatıb”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Bankın İdarə Heyətinin faiz dəhlizi parametrləri barədə qərarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın da ehtiyatları 12,7 milyard ABŞ dolları səviyyəsində formalaşıb:
“Ölkəmizin strateji valyuta ehtiyatları tədiyyə balansının statistikasına əsasən, 38 aylıq idxal edəcəyimiz mal və xidmətlərin ödənilməsinə kifayət edir”.
Günay Şahmar, Bizim.Media