Dünya Bankından KRİTİK XƏBƏRDARLIQ – Azərbaycana necə təsir edəcək?

2026-cı ildə qlobal enerji qiymətlərinin 24% yüksələrək Rusiya–Ukrayna müharibəsinin başladığı dövrdən bəri ən yüksək səviyyəyə çatacağı gözlənilir. Bu barədə Dünya Bankının “Commodity Markets Outlook” hesabatında bildirilib.

Proqnozlaşdırılan ssenariyə əsasən, Yaxın Şərqdəki münaqişə nəticəsində yaranan ciddi tədarük pozuntularının bu ay aradan qaldırılması nəzərdə tutulur. Əks halda, hərbi eskalasiya davam edərsə, xammal qiymətləri daha da arta bilər.

Əsas ssenaridə Hörmüz boğazı vasitəsilə dəniz daşımalarının oktyabra qədər müharibədən əvvəlki səviyyəyə yaxınlaşacağı proqnozlaşdırılır.

Hesabata görə, 2026-cı ildə xammal qiymətləri ümumilikdə 16% artacaq. Buna enerji daşıyıcılarının və gübrələrin bahalaşması, eləcə də bəzi metalların rekord qiymətləri səbəb olacaq.
 

Dünya Bankının qiymətləndirməsinə görə, neft infrastrukturuna hücumlar və Hörmüz boğazından daşımaların pozulması dünya neft bazarı üçün ciddi şok yaradıb. Müharibədən əvvəl dünya neft ticarətinin təxminən 35%-i bu boğazdan keçirdi. Əgər infrastruktur zədələnmələri davam edərsə və ixrac bərpası ləngiyərsə, qiymət 115 dollara qədər arta bilər.


Mütəxəssislərin fikrincə, müharibənin iqtisadi təsiri mərhələli şəkildə özünü göstərir: əvvəlcə enerji qiymətləri artır, daha sonra ərzaq məhsulları bahalaşır, sonda isə inflyasiya yüksələrək kreditlərin və faiz dərəcələrinin artmasına səbəb olur.

Dünya Bankı 2026-cı ildə inkişaf etməkdə olan ölkələrdə inflyasiyanın orta hesabla 5,1% olacağını proqnozlaşdırır (ötən il 4,7%). Müharibə uzanarsa, bu göstərici 5,8%-ə çata bilər.

İqtisadi artım da zəifləyəcək

İnkişaf etməkdə olan ölkələrdə ÜDM artımı 3,6% olacaq (müharibədən əvvəl proqnoz 4% idi).

Gübrə qiymətlərinin 31% artacağı, xüsusilə karbamidin 60% bahalaşacağı gözlənilir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsal xərclərini artıraraq ərzaq bazarına əlavə təzyiq yaradacaq.

BMT-nin Dünya Ərzaq Proqramına görə, müharibə uzanarsa, 45 milyon insan əlavə olaraq kəskin ərzaq çatışmazlığı riski ilə üzləşə bilər.

Dünya bazarında enerji daşıyıcılarının qiymətinin sürətlə artmasının ölkəmizə yan təsirləri ola bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, dünyada enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb geosiyasi gərginlikdir:

“Belə ki, İrana qarşı müharibə, Hörmüz boğazındakı vəziyyət və Ukraynanın Rusiyanın neftayırma zavodlarına və neft ötürən limanlara artan hücumları enerji daşıyıcılarının qiymətində kəskin artım yaradıb. İndi də bu təsirlərin qalıcı olacağı barədə söhbətlər gəzir. Çünki təchizat zəncirinin bərpa olunması və hasilatın əvvəlki vəziyyətə qalxması zaman alacaq.
 

Ən azından buna bir neçə ay vaxt lazımdır. Bu anlamda Azərbaycanın enerji daşıyıcılarından gəlirləri kəskin artacaq. Çox güman ki, ölkəmiz bu il nəzərdə tutulandan 1,5-2 milyard dollar daha çox gəlir əldə edəcək. Amma bunun yan təsirləri də var.


Nəzərə alaq ki, Azərbaycan idxaldan asılı ölkədir. Ona görə də dünya bazarında enerji daşıyıcılarının bahalaşması, logistika xərclərinin artması qiymətləri yüksəldəcək. Beləliklə, ölkəyə gətirilən malların qiymətində artım müşahidə olunacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

End of content

No more pages to load

RADİO