Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək

“Birinci onu deməliyəm ki, Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir və bu nəhəng enerji layihəsini bu dərəcədə, yəni keyfiyyətlə və çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan da böyük səylər tələb edirdi”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, burada Azərbaycan bir neçə ölkəni bir komanda şəklində necə deyərlər, səfərbər edib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan qaz ixracını kəskin artırdı


“Bu işə biz birlikdə nail olmuşuq və gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək, ənənəvi olaraq bizim təşəbbüsümüzlə Bakıda keçirilir.

Hər dəfə bu görüşlərdə mən özüm şəxsən iştirak edirəm və görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılır, artıq orada iştirak edən ölkələrin sayı genişlənir. Üstəgəl, orada bütün aparıcı banklar iştirak edir - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı - yəni, bütün aparıcı maliyyə qurumları, həmçinin şirkətlər iştirak edir. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdı - həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması.

Qış təzə başlayır və gözlənilir ki, qış çox sərt olacaq. Ona görə qazın çatışmamazlığı böyük fəsadlara gətirib çıxaracaq. Azərbaycan qazının həcmi o qədər də böyük deyil, amma bir neçə ölkə üçün bu, həlledici ola bilər və əlbəttə ki, ilk növbədə, burada bizim maraqlarımız təmin olunur. Çünki əgər bu kəmər çəkilməsəydi, biz zəngin qaz ehtiyatlarının üstündə, necə deyərlər, oturacaqdıq, nəyi isə gözləyəcəydik.

Əgər bu perspektiv olmasaydı, heç bir şirkət milyardlarla, on milyardlarla dollar vəsaiti bu yataqların işlənməsinə qoymazdı. Hazırda ixrac artır, yeni rəqəmlər mənə təqdim edildi. Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir.

Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Yəni bu, böyük rəqəmdir və eyni zamanda, daxili tələbat da artır və artacaq.

Biz daxili tələbatı ödəyirik. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. Qeyd etdiyim kimi, 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına.

Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda, Avropa məkanına daha böyük həcmlə çıxa bilək.

Məhz bizim bu layihəmiz, eyni zamanda, Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür.

Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma mən tam əminəm ki, daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək.

Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq.

Bu, bizim böyük üstünlüyümüzdür. Həm ölkəmizə əlavə vəsait gətirəcək, ölkəmizin beynəlxalq imkanları genişlənəcək və təbii ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrində bu faktor bundan sonra da mühüm rol oynayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada 77 yaşlı azərbaycanlı Rusiyanın dron zərbəsindən HƏLAK OLDU – FOTO

Ukraynada 77 yaşlı azərbaycanlı Rusiyanın dron zərbəsindən HƏLAK OLDU – FOTO

Mbappe bu göstərici ilə Messini ötdü - VİDEO

Mbappe bu göstərici ilə Messini ötdü - VİDEO

Hörmüz boğazından keçidə görə rüsum tətbiq olunmayacaq

Hörmüz boğazından keçidə görə rüsum tətbiq olunmayacaq

DÇ-2026: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: Fransa 1/8 finala vəsiqə qazandı – VİDEO

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 1 iyul tarixində baş vermiş tarixi hadisələr

Yaşıl suda çimmək niyə təhlükəlidir? – Alimin İZAHI

Yaşıl suda çimmək niyə təhlükəlidir? – Alimin İZAHI

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

Dənizkənarı bulvara gətirilən faytonlarda qiymət neçəyədir? - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

"Allah həmin gün canımı alsın" - VİDEO

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

End of content

No more pages to load

RADİO