Vakant iş yerlərinə fəhlə və mütəxəssis qəbulu elan edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) qaz ixrac idarəsi Ağsu və Hacıqabul rayonlarında fəhlə və mütəxəssis işləmək istəyənlər üçün vakansiya elan edib.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, vakansiyalar elektrik qaynaqçısı (Ağsu rayonu), nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis (Hacıqabul rayonu) peşələri üzrədir. Vakansiyalara müraciət üçün son müddət sentyabrın 17-dir. (xezerxeber)