İnvestorların vergi yükü azaldılır – Vergi Məcəlləsinə dəyişiklik 

İnvestorlar üçün vergi və maliyyə yükünün azaldılması, hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi Milli Məclisdə müzakirə olunur.  

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi dəyişikliklər və onların əsaslandırılmasını ictimaiyyətin diqqətinə təqdim edir.

Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri də geoloji ayırma sənədi əsasında faydalı qazıntı yataqlarının (neft və qaz yataqları istisna olmaqla) axtarışı, qiymətləndirilməsi və kəşfiyyatı işlərinə cəlb edilən torpaq sahələrinə görə torpaq vergisinin müvafiq təsdiqedici sənədlər əsasında 75 faiz azaldılmasıdır.

Dəyişiklik qəbul edildiyi təqdirdə, dağ-mədən işlərinin görülməsi məqsədilə geoloji kəşfiyyat və tədqiqat işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılan sahələrin tədqiqat və kəşfiyyat müddətində azaldıcı əmsallar tətbiq olunmaqla torpaq vergisinin hesablanmasının həyata keçirilməsi investorlar üçün vergi və maliyyə yükünün azalması ilə nəticələnəcək və gələcək hasilatadək xərclərin optimallaşdırılması baş verəcək.
 

Nəzərə alınsa ki, hazırkı dövrdə hasilat sənayesi üçün əlverişli olan işğaldan azad edilmiş ərazilərə investisiyaların cəlbi nəzərdə tutulur ki, bu zaman sözügedən güzəştlər investorların maraqlarına xidmət edən təşviq aləti kimi çıxış edəcəkdir.


Vergi Məcəlləsinə təklif edilən digər bir dəyişiklik hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsidir.

Belə ki, neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləğinin həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılması nəzərdə tutulur.

Məlum olduğu kimi, mədənçıxarma sənayesinin iştirakçıları tərəfindən yerin təkindən çıxarılan faydalı qazıntılara görə mədən vergisinin ödənilməsi qanunvericilikdə təsbit edilib.

Filiz və qeyri-filiz faydalı qazıntılar hasil edən vergi ödəyiciləri real sektorun iştirakçıları olduğundan və hazırda qeyri-filiz faydalı qazıntıları tikinti sektorunda və sement istehsalı sahəsində xüsusi əhəmiyyət daşıdığından, bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin xərclərinin vergi yolu ilə optimallaşdırılması vasitəsilə hasilat sənayesi iştirakçılarına vergi dəstəyinin verilməsi təklif olunur.
 

Hasil edilən faydalı qazıntıların maya dəyəri çəkilən xərclər hesabına formalaşdığından, istismar olunan sahələrə görə torpaq vergilərinin hesablanması da xərc elementi hesab edilir. Eyni sahə həm istifadədə olduğu, həm də istismar edildiyi üçün mədən və torpaq vergisinə cəlb olunur.


Beləliklə, müzakirədə olan dəyişikliklərin qəbul ediləcəyi halda, bu sahədə investisiya mühitinin cəlbediciliyi artacaq.

Belə ki, torpaq qatından istifadə edilərək mədən vergisi hesablandığından, istismar edilən sahələrin torpaq vergisi qədər mədən vergisi azaldılacaq ki, bu da vergi ödəyicilərinin fəaliyyətini stimullaşdırmaqla yanaşı, xərc elementinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

End of content

No more pages to load

RADİO