Cənubi Koreya şirkətləri Qarabağ layihələrinə qatılacaq – DETALLAR

Cənubi Koreyanın paytaxtı Seulda İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Cənubi Koreyadakı Səfirliyinin və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə “Azərbaycan - Koreya Ticarət və İnvestisiya Forumu: Qarabağa Böyük Qayıdış: azad olunmuş ərazilərin investisiya potensialı, cari və planlaşdırılmış layihələr” mövzusunda tədbir keçirilib.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, ticarət, təhsil və digər sahələri təmsil edən 50-dən çox Koreya şirkəti iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkəmizin Cənubi Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən KITA ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanda 70-dən çox Koreya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.

Nazir müavini Azərbaycanın milli sosial-iqtisadi prioritetləri, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirlərinə və dünya iqtisadiyyatına inteqrasiyası baxımından görülən işləri diqqətə çatdırıb, Koreya şirkətlərini Azərbaycanın əlverişli işgüzar mühitindən yararlanmağa, fəal əməkdaşlığa, işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak etməyə dəvət edib.

Azərbaycanın Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov son illər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndiyini, əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib, Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfəri diqqətə çatdıran səfir bu tarixi hadisənin Azərbaycan üçün, bütünlükdə region üçün yeni reallıqlar, yeni iqtisadi imkanlar yaratdığını vurğulayıb.

KITA-nın icraçı vitse-prezidenti Seunq Kvan Şin Azərbaycanla ölkəsi arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, KITA və Azərbaycanın müvafiq qurumları ilə tərəfdaşlığın inkişafının önəmini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

Tehran Parisə NOTA VERDİ: Fransa səfiri XİN-ə çağırıldı

End of content

No more pages to load

RADİO