Sənaye sahəsində 6,2 milyard manatlıq investisiya, 9500 yeni iş yeri

İndiyədək sənaye zonalarında 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 55-i fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat yayılıb.

Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 mlrd. manatdan çox investisiya yatırılıb və 9500-dək iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 mlrd. manatı (təqribən 28 %-i) ixrac olunub.

Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2020-ci ilin 9 ayında sənaye zonalarında 977 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin 9 ayında 56,7% çox (1,5 mlrd. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2020-ci ilin analoji dövrü (269 mln. manat) ilə müqayisədə 102,6% (2 dəfə) artaraq 545 mln. manat təşkil edib.
 

2021-ci ilin 9 ayında 1,5 mlrd. manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsüsi çəkisi 14,2%, qeyri-neft sənaye məhsullarının ixracında 25,9% (545 mln. manat) olub.


Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac edilib.

Qeyd olunur ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

End of content

No more pages to load

RADİO