2022-ci ilin DÖVLƏT BÜDCƏSİ necə qorunmalıdır? - Əli Məsimlinin ŞƏRHİNDƏ

“2022-ci ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir. Bütün istiqamətlərdə büdcənin vəsaiti artırılır. Burada ən əsas sual odur ki, Azərbaycanın indiyə qədər ən böyük büdcəsi sayılan bu vəsaitin 44 günlük Vətən müharibəsindən qalib çıxan xalqa necə fayda verəcək?”

Bu sözləri millət vəkili Əli Məsimli Bizim.Media-ya parlamentdə 2022-ci ilin dövlət büdcəsinin müzakirələri haqda fikir bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Pensiyası dayandırılan 60 min insanın AQİBƏTİ nə olacaq? – Deputat Nazirliyə ÇAĞIRIŞ etdi


Onun sözlərinə görə, vəsaitin xalqa daha çox fayda verməsi bir-neçə istiqamətdə özünü göstərə bilər. 

“Burada əsasən “Böyük qayıdış” istiqamətində görülən işlərdir. Bu işlərə bu il büdcədən 2.2 milyard ayrılıb. 2022-ci ildə də daha  2.2 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Əgər lazım gələrsə, bu işə daha da artıq məbləğ sərf oluna bilər. Orada quruculuq işləri, işğaldan azad olunan ərazilərin digərlərinə reinteqrasiya məsələləri istiqamətində çox gözəl işlər gedir, bu da “Böyük Qayıdış” prosesini sürətləndirə bilər”.

Daha sonra Əli Məsimli qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsində böyük bir sosial paketin həyata keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə. Bu paket təxmini 1.6 – 1.8 milyon əhlini əhatə edəcək.

“Paketin maliyyə tutumu 1.4 milyard manatdır. Lakin məbləğ infilasiyanın büdcədə proqrozlaşdırılan kimi 4% olanda bilavasitə əhalinin vəsaitinin əlavə qida məhsulları, xalq istehlakçı mallari, dava-dərman almasını təmin edəcək. Yox əgər inflasiya 4%-i keçərsə, o zaman bu infilasiya iqtisadiyyatdan doğmayacaq. Bu  monopoliyanın yaratdığı süni infilasiya olacaq. Bu süni infilasiyanın 5% tutması isə Azərbaycan vətəndaşlarına 2 milyard manata qədər böyük zərbə vuracaq”.

Deputat qeyd edib ki, 2 milyardı təmin etmək üçün əlavə 600 milyon vəsaitə ehtiyac yaranacaq:

“İnsanlar indi olduğu kimi qiymətlərin sürətlə artması nəticəsində həmin 1.4 milyard manatın üzərinə toplam 600 milyon manat da qoyub qiymət artımında infilasiyaların yeminə çevriləcək. Bunun üçün aidiyyatı orqanlar və Azərbaycan höküməti idxalla bağlı olmayan inflasiyanın, yəni monopoliyaların qarşını almaq üçün ciddi tədbirlər görməlidir”.

Millət vəkili hərbi büdcənin və digər vəsaitlərin artırılmasında da söz açıb: 

“Müharibədə qələbə çalmaq böyük bir işdir, ancaq onu qoruyub saxlamaq isə daha çətin bir missiyadır. Ona görə də qələbəni qoruyub saxlamaq üçün bizim hərbi xərclərimiz lazımi səviyyədə olmalıdır. Müasir texnikadan istifadə daha da aktuallaşıb, ona görə də hesab edirəm ki, büdcə elə qurulmalıdır ki, həm erməni təxribatlarının qarşısını almaqla hərbi gücümüzü, həm də orada həyata keçirilən quruculuq işlərini bütün dünyaya daha yüksək səviyyədə nümayiş etdirmək mümkün olsun. Son günlər sərhəddə baş verən hadisələr bizə onu deyir ki, erməni təxribatları hələ də davam edə bilər. Bundan başqa pandemiya bitmədiyi üçün səhiyyə, təhsil, sosial proseslərin tənzimlınməsi xərclərinin artırılması istiqamətində müəyyən addımlar atmalı, təhsildə, elmdə, səhiyyədə əvvəlki dövrlərə nisbətən hər manatdan daha səmərəli istifadə etmək lazım olacaq”.
 

Sonda Əli Məsimli qeyd edib ki, bu tədbirlərin görülməsi üçün büdcənin şəffaflığının artırılması və ayrılan vəsaitlərin öz təyinatına görə istifadə edilməsinə nəzarət gücləndirilməlidir.


Korrupsiya elementlərinə qarşı amansızlıq nümayiş etdirmək şərtdir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

End of content

No more pages to load

RADİO