Çin avtomobili alanların diqqətinə: YANA, PARTLAYA BİLƏR

Çin avtomobillərinə etibar edəkmi? Azərbaycanda sürətlə artan çin istehsalı olan avtomobillər barədə məlumatlı olmaq vacibdir.

Bizim.Media xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Şahin Qasımov Ajans.az-a bildirib ki, vətəndaş doğru seçim edərsə, Çin avtomobillərinə etibar edə bilər. Doğru seçim dedikdə, niyyət səhv olarsa, avtomobildən vətəndaşa ziyan gələcək. 

Vətəndaş özünə avtomobil seçərkən, onu nəyə görə istədiyini, ən çox hansı məqsədlər üçün istifadə edəcəyini yaxşı bilməlidir. 

Ekspert deyib ki, bizim vətəndaşların çoxu ucuz qiymətli maşınla daha çox istismar istəyirlər. Çin istehsalı olanını seçərkən diqqətli olmaq lazımdır. Hibrid avtomobillər üçün uzun müddətli istismarı düşünmək olmaz. Onlar batareya ilə işləyirlər. Həmin batareyalar da maşına uzunmüddətli yanaşmağa icazə vermir. Elektrikli maşınlar  çox sürülməsə belə onların müəyyən ömürləri var. 
 

Vətəndaş plagin-hibrid avtomobil alıb 5-6 il sürməyi düşünürsə, bu çətindir. İlk olaraq, seçimi, növü düzgün seçmək lazımdır. İkincisi, ehtiyat hissələri kataloqunun ölkədə olmamasıdır. Bu da ehtiyat hissəsinin maşına uyğun gəlib-gəlmədiyini öyrənməkdə problem yaradır. Ehtiyat hissəsi olmayan maşında gələcək üçün problem yarada bilər. 


Şahin Qasımov qeyd edib ki, maşınlar üçün texniki dəstək  proqramı çox vacibdir. Ustaların əlində hər zaman müraciət edəcəkləri sistem olmalıdır. Vətəndaş da ora baxıb ehtiyat hissələrinin nəyin üzərində olduqlarını öyrənə bilərlər. Plagin-hibrid avtomobillər üçün bu təhlükəlidir. Əgər xətalı bir qoşma olarsa, gələcəkdə maşının yanması, partlaması və digər zədələr alması qaçılmazdır. 

ETİBARSIZ ÇİN BRENDLƏRİ 

Ekspertin sözlərinə görə, Çin avtomobillərində hansılarının etibarsız olduğunu demək düzgün deyil. Çünki etibarsız olması üçün onun mövcud olmaması lazımdır. Belə şey mümkün deyil. 

YANA, PARTLAYA BİLƏR

Çində istehsal olunan bütün maşınlara görə yalnız istehsalçı şirkətlər məsuliyyət daşıyır. Ölkəmizdə olan avtomobil salonları, mağazaları bu maşınlara görə cavabdeh deyillər. İstehsalçı da o zaman məsuliyyət daşıyır ki, onun alan şəxslər ilə hansısa vədi olsun. Satan şirkətlərin heç biri məsuliyyət daşımır. 

Nəticədə məsuliyyətsiz satış formalaşır. Bu da nasaz avtomobillərin artmasına səbəb olur. Belə maşınların da uzun ömürlülüyü, servisi, ehtiyat hissələri, texniki bazası olmur. 

“Mən özüm də Çin maşınlarının almağının tərəfdarıyam. Özümün də idarə etdiyi avtomobildən biri Çin istehsalıdır. Amma niyyətli olaraq, almışam. 5-6 il sürdükdən sonra sağlam qalarsa, onu satacam. Mənim o maşından heç bir gözləntim yoxdur. Mənə görə benzinli Çin maşınları daha uzunömürlüdür. Onu 15 il də sürə bilərəm. Amma bu fikirləri hibrid haqqında deyə bilmərəm. Burada sistemin özünün ömrü var. Ona kiminsə yardım etməsi və ya çəkilən xərcə dəyərmi deyə dəqiq fikir bildirə bilmərəm.”- deyə Şahin Qasımov açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir

Bakıda AQEM-in Media Forumu keçirilir

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

Millətlər Liqasında günün bütün MATÇLARI

Millətlər Liqasında günün bütün MATÇLARI

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Altı il öncə bu gün – 1 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 1 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Anar Eyvazovdan birgə hərbi təlimlə bağlı AÇIQLAMA

Anar Eyvazovdan birgə hərbi təlimlə bağlı AÇIQLAMA

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda ağır qəza: 2 ölü var

Masallıda ağır qəza: 2 ölü var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

End of content

No more pages to load

RADİO