Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatıb.
Bu barədə Bizim Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO
Bildirilib ki, 30.09.2026-cı il tarixində saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb", - məlumatda bildirilib.
Xatırladaq ki, Kürdəmirdə dünən toyda kütləvi zəhərlənmə baş verib. Hadisə şəhər ərazisində yerləşən "Günəş" restoranında qeydə alınıb.
Fəridə, Bizim.Media