FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyinin elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib.

Bu barədə Bizim.Media-ya FHN-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə son zamanlar elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin genişlənməsi ilə əlaqədar elektrik doldurma qurğularının sayı da durmadan artır:

"Lakin nəzərə alınmalıdır ki, elektrik doldurma qurğularının quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların tələblərinə əməl edilməməsi yanğın və digər təhlükəli halların baş verməsinə, nəticədə insanların həyat və sağlamlığına, eləcə də əmlaka zərər dəyməsinə səbəb ola bilər.

Belə ki, bu qurğuların quraşdırılması və istismarı zamanı müvafiq norma və qaydaların, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin pozulması avadanlıqların həddindən artıq qızmasına, qısaqapanmaya və nəticədə yanğınların baş verməsinə və ağır fəsadlara gətirib çıxara bilər.

Xüsusilə çoxmənzilli yaşayış binalarının yeraltı avtodayanacaqlarında elektrik doldurma qurğularının müvafiq tələblər və texniki şərtlər nəzərə alınmadan kortəbii şəkildə quraşdırılması, elektrik yüklərinə uyğun olmayan kabel və avadanlıqlardan istifadə edilməsi, kabellərin düzgün çəkilməməsi, eləcə də yanğın təhlükəsizliyi baxımından zəruri mühafizə tədbirlərinin təmin olunmaması yanğın riskini əhəmiyyətli dərəcədə artırır.

Habelə, elektrik doldurma avadanlıqlarının texniki vəziyyətinə mütəmadi nəzarət edilməməsi, zədələnmiş kabel və avadanlıqlardan istifadə olunması, nasazlıqların vaxtında aradan qaldırılmaması və doldurma prosesinin təhlükəsizlik tələbləri nəzərə alınmadan nəzarətsiz həyata keçirilməsi də yanğın təhlükəsini yaradır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi elektrik doldurma qurğularının quraşdırılması və istismarı ilə məşğul olan fiziki və hüquqi şəxslərə, həmçinin elektrik mühərrikli nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, elektrik doldurma qurğuları mütləq olaraq “Elektrik qurğularının quraşdırılması Qaydaları”na və enerji təchizatı müəssisəsi tərəfindən təsdiq edilən texniki şərtlərə uyğun quraşdırılmalı, müvafiq təhlükəsizlik tələblərinə ciddi riayət olunmalıdır.

Xüsusilə nəzərə alınmalıdır ki, cihazın, qidalanma kabelinin və ya portun zədələndiyi, yanan izolyasiya qoxusu, tüstü və ya qeyri-adi səs müşahidə olunduğu hallarda elektrik doldurma qurğusundan istifadə təhlükəlidir. Həmçinin, izolyasiyası pozulmuş, ucları açıq cərəyankeçiriciləri olan kabellərdən istifadə etmək, onları gərginlik altında saxlamaq və qidalanma kabelinə calaq etmək yolverilməzdir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Bakıda kişi küçədə VƏFAT ETDİ

Bakıda kişi küçədə VƏFAT ETDİ

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

End of content

No more pages to load

RADİO