Əfqanıstanın ali liderinin mətbuat katibi Zabiulla Mocaxedin məlumatına görə, Pakistanın endirdiyi aviazərbələr nəticəsində 9 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.
Bizim.Media xəbər verir ki, hücumlar Kunar vilayətinin Çuqam və Hilmənd vilayətinin Səfər ərazilərindəki yaşayış evlərini hədəf alıb.
Əfqanıstan rəsmisi baş verənləri "bütün tanınmış prinsipləri pozan təcavüz aktı və cinayət" adlandıraraq qətiyyətlə pisləyib.
Bizim.Media