Kürdəmir rayonunda qeydə alınan zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.
"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Fəridə,Bizim.Media