Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri AÇIQLADI

Yer üzündəki qızılın böyük hissəsi konsentrləşmiş yataqlarda deyil, seyrək şəkildə yayılıb. İnsanlar isə artıq çıxarıla bilən ehtiyatların mühüm hissəsini əldə ediblər.

Bizim.Media-nın "Live Science" nəşrinə istinadən məlumatına görə, ABŞ Geoloji Xidməti (USGS) bildirir ki, tarixboyu insanların dağ süxurlarından və çaylardan ümumilikdə 206 min ton qızıl çıxardığı təxmin edilir.

Digər məlumatlara görə isə bu göstərici daha yüksəkdir - Dünya Qızıl Şurasının hesablamalarına əsasən, bu günədək 238 391 ton qızıl hasil olunub.

Bu qızılın təxminən:

* 45 faizi zinət əşyalarının hazırlanmasına sərf olunub;

* 22 faizi qızıl külçələr və sikkələr şəklində şəxsi kolleksiyalarda saxlanılır;

* 17 faizi isə dünya ölkələrinin mərkəzi banklarında ehtiyat kimi qorunur.
 

USGS-nin son hesabatında qeyd olunur ki, dünyada iqtisadi baxımdan çıxarılması mümkün olan 70 550 ton qızıl hələ də yerin dərinliklərində mövcuddur. Ən böyük çıxarılmamış ehtiyatlar Rusiya, Avstraliya və Cənubi Afrikada yerləşsə də, 2024-cü ildə ən çox qızıl hasil edən ölkə Çin olub.


Dünya Qızıl Şurasının məlumatına əsasən, qlobal ehtiyatlar 60 370 ton, potensial resurslar isə təqribən 145 626 ton səviyyəsində qiymətləndirilir. Bu göstəriciləri birləşdirərək USGS və Dünya Qızıl Şurası alimləri belə qənaətə gəlirlər ki, insan tərəfindən yaradılmış obyektlərdə və məlum geoloji yataqlarda ümumilikdə 277 000-299 000 ton arası qızıl mövcuddur.

Bundan əlavə, Kaliforniya Berkli Universitetinin alimlərinin məlumatına görə, qızıl hissəcikləri və xırda samorodoklar yer qabığında demək olar hər yerdə rast gəlinir. Xüsusilə, dəniz suyunda və maqmatik süxurlarda bu cür izlər çox yayılıb. Yer qabığında qızılın konsentrasiyası orta hesabla milyarda 4 hissə, yəni bir ton süxurda təxminən 0,004 qram təşkil edir.

Bütün bu dağınıq hissəciklərin cəmi 441 milyon ton qızıl edərdi - ancaq bu, hələ son deyil.

Geoloqlar bildirirlər ki, planetin nüvəsində Yerdəki qızılın 99 faizi yerləşir. Bu qədər qızıl, nəzəri cəhətdən, Yer səthini 0,5 metr qalınlığında qızıl təbəqə ilə örtməyə kifayət edərdi. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir

Bakıda AQEM-in Media Forumu keçirilir

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

Millətlər Liqasında günün bütün MATÇLARI

Millətlər Liqasında günün bütün MATÇLARI

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Altı il öncə bu gün – 1 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 1 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Anar Eyvazovdan birgə hərbi təlimlə bağlı AÇIQLAMA

Anar Eyvazovdan birgə hərbi təlimlə bağlı AÇIQLAMA

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda ağır qəza: 2 ölü var

Masallıda ağır qəza: 2 ölü var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

End of content

No more pages to load

RADİO