Əli Məsimli: “Onlara necə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən?!”

"Bu qanun layihəsində bir sıra məqamlara yenidən baxılmalıdır. Təqdimatçılar qanun layihəsinin qəbulunu vətəndaş məmnunluğunun yaradılmasına gətirib çıxarılmasını bildirirlər. Amma indidən mətbuatda bu qanun ətrafında xeyli dərəcədə narazılıqlar var. Bu layihədə xeyli dərəcədə ziddiyətli məqamlar var.  Təqdimatçılar qeyd edir ki, bu qanunun əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. Növbəti cümlədə deyirlər ki, bu, qiymətlərin artmasına təsir göstərməyəcək".

Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında "Qaz təchizatı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, indi olmasa da bu, sonrakı mərhələdə qazın qiymətinin artmasına gətirib çıxaracaq:

“Bu xidmət sahələrindən olan adamların çıxışlarında göstərilir ki, istilikdi, sudu və s. sahələrdə xərclər əhaliyə satdığımız qiymətdən xeyli çoxdur. Burdan belə məntiq çıxır ki, əgər söhbət xərclərin dəqiqləşdirilməsidirsə, indi olmasa da bu, sonrakı mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə qazla, istiliklə bağlı bu dərəcədə inhisarlaşmış bir şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki qədər keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar həddən artıq çoxdur".

Deputat qanun layihəsində dəfələrlə qaldırılan və müzakirə olunan limitlərin ləğvi və rayonlardakı əhaliyə güzəştlərin olunması məsələsinin yer almasını daha məqsədəuyğun hesab edib:
 

"Açıq formada qeyd edirəm ki, rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi belə şeylərin xərclərini də tamamlamaq olmayacaq. 


Biz dəfələrlə limitlərin aradan qaldırılması, xüsusilə, dağ kəndlərində yaşayanlar üçün güzəştlərin edilməsi məsələsini qaldırmışdıq. Amma tərsinə belə bir məsələ gəlib. O insanlar qazın pulunu ödəyə bilmir, buna görə qazı bağlayır. Odun ala bilmir, həyətindəki ağacları kəsirlər. Bu nə məntiqdir ki, insan qazın pulunu verə bilmir, ağacları kəsir amma ona deyəsən ki, sən işlətmədiyin qaza görə xərc ödəməlisən”.

Günay şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir

Bakıda AQEM-in Media Forumu keçirilir

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

Millətlər Liqasında günün bütün MATÇLARI

Millətlər Liqasında günün bütün MATÇLARI

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Altı il öncə bu gün – 1 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 1 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Anar Eyvazovdan birgə hərbi təlimlə bağlı AÇIQLAMA

Anar Eyvazovdan birgə hərbi təlimlə bağlı AÇIQLAMA

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda ağır qəza: 2 ölü var

Masallıda ağır qəza: 2 ölü var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

End of content

No more pages to load

RADİO