Kürü istehsalında rekord artım: Hədəf illik 40 tondur

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə balığı kürüsü istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstəricinin həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5.1 dəfə və ya 425.9 kiloqram çoxdur. Belə ki, hesabat dövründə Azərbaycanda 103.1 kiloqram nərə balığının kürüsü istehsal edilib.

Bəs qara kürü istehsalı sahəsindəki potensialımız necədir? Gələcəkdə də artımı davam etdirmək mümkün olacaqmı?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Süni balıqartırma müəssisələrindəki işin nəticəsi

Balıqçılar İttifaqının sədri Əfqan Əliyevin sözlərinə görə, artan statistik rəqəmlər təbii nərə balıqlarına aid deyil:

"Söhbət Xəzərin təbii nərə balığı kürüsündən gedirsə, bu, müəmmalı rəqəmdir. Çünki təbii kürü artımı bir ildə beş dəfə artırsa, deməli, nərə balıqlarının artımı da buna uyğun olmalıdır. Bu rəqəm süni balıqartırma müəssisələrində qeydə alınıb".

Ə.Əliyevin fikrincə, təbii istehsal üçün potensialımız olsa da, ondan istifadə etmirik:

"Nəinki kürü, ümumiyyətlə yerli balıqçılıq üçün ölkəmizin iqlim şəraiti mükəmməldir. Təəssüf ki, Azərbaycanda balıqçılıq təsərrüfatları xaricdən gələn balıqların qiyməti qarşısında rəqabətə tab gətirə bilmir. Azərbaycanda balıq istehsalının qarşısını alan amillərdən ən başlıcası xarici bazardır. İkincisi isə yerli balıq yemləri istehsalının baha başa gəlməsidir. Amma problemlər bununla da bitmir. Ölkədə mütəxəssis çatışmazlığı və təsərrüfatlarda su qıtlığı problemi də var".

"Balıqçılıq sahəsi yenidən qurulacaq"

Sədrin sözlərinə görə, bu ilin sonuna doğru həm balıq istehsalı, həm də kürü istehsalı artacaq: "Çünki hər iki sahə payızda aktivləşir. Hazırda biz 300 mindən artıq çəki balığı yetişdiririk. Bu balıqları payızda Xəzərə və ölkəmizin daxili su hövzələrinə buraxacağıq. İnanıram ki, bu da balıqçılığa öz töhfəsini verəcək. 2025-ci ildən sənaye balıqçılığı Kənd Təsərrüfatı Nazirliyinə verilib. Balıqçılıq sahəsi yenidən qurulacaq. Sahibkarlara dövlət dəstəyi göstərilsə, bu halda inkişaf mümkündür".

Hədəf illik 40 tonluq istehsaldır

Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlı isə kürü istehsalında artımın olduğunu təsdiqlədi: "Bəli, artım mövcuddur. Nərə cinsli balıqların böyüməsi üçün uzun zamana ehtiyac var. Məsələn, rus nərəsi, Kür nərəsi 7-9 il sonra kürü verir. Bölgə balığının isə 11-13-cü ildə bizim iqlim şəraitində kürü verməyi müşahidə olunur. O səbəbdən də 6-8 il öncə yetişdirilən balıqlar bu illərdə kürü verməyə başlayıb. Bu artım məxsusi olaraq bununla bağlıdır".

Z.Salmanlının sözlərinə görə, istehsal davam edərsə, rekord göstəricinin əldə edilməsi də mümkündür:

"2027-ci ildə ciddi kürü istehsalı gözləyirik. Ölkəmizin həmin illər üçün potensialının 40 ton olacağı gözlənilir. Bu, ölkəmiz üçün böyük rəqəmdir. Hansı ki, hazırda dünyada 100-cü sırada belə deyilik. Amma bu göstərici ilə birdən-birə ilk onluğa daxil ola bilərik. Biz hazırda bu istehsal həcminə ciddi şəkildə hazırlaşırıq".

"Yerli istehsal müdafiə olunmur"

Sədr bu sahədəki mövcud problemlərə də toxundu:

"Lakin istehsalın artımının qarşısını kəsən problemlər də var. Hansı ki, əsas problem daxili bazarın tam açıq olmasıdır. Yəni yerli istehsal demək olar ki, müdafiə olunmur. Keyfiyyətsiz və ucuz nərə cinsli balığın əti, kürüsü Çindən, Avropadan və digər ölkələrdən idxal olunur. Eyni zamanda, İran kimi nərə istehsalında ixtisaslaşmış ölkədən gömrük rüsumu olmadan təzə və dondurulmuş balıq idxal edilir. Bu da problemlərin ən ciddisidir".

Z.Salmanlı da düşünür ki, bu sahənin inkişafı üçün dövlət dəstəyi vacibdir:

"Yuxarıda qeyd etdiyim hədəfə çatmaq üçün balıqçılığa, bu sahəyə dövlətdən dəstək lazımdır. Həmçinin sənaye sahəsində vergi tətbiq olunur. Xüsusən də vergi siyasətində güzəştlər edilməlidir. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çalışırıq. Yəqin ki, digər qurumların da dəstəyi ilə balıq istehsalı sektoru güzəştlər əldə edə biləcək. Gələcəkdə bu problem də həllini tapacaq. Əvvəllər qeyd olunan problemlərin həlli yolu mücərrəd vəziyyətdə idi.

Lakin dekabr ayında Prezidentin fərmanı ilə Kənd Təsərrüfatı Nazirliyinin yanında Balıqçılıq və Akvakultura Mərkəzi yaradıldı. Düşünürəm ki, özəl və dövlət sektor arasında yaranan effektiv əməkdaşlıq nəticəsində bu problemlər ən qısa zamanda həll olunacaq".

2025-ci il boyunca artım müşahidə olunmağa davam edəcək

Sədrin sözlərinə görə, gələcək illərdə mövcud problemlər də həllini tapdıqdan sonra kürü istehsalımızı davamlı artıra biləcəyik:

"Düşünürəm ki, 2025-ci il boyunca artım müşahidə olunmağa davam edəcək. İlin sonuna kimi ən pis halda beş ton qara kürü istehsal ediləcəyini proqnozlaşdırıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

Sumqayıtda evdən cansız bədən TAPILDI

Sumqayıtda evdən cansız bədən TAPILDI

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

Millimiz ev oyununu Gəncədə keçirəcək

Millimiz ev oyununu Gəncədə keçirəcək

AK Prezidenti: "Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib"

AK Prezidenti: "Azərbaycan Aİ üçün etibarlı tərəfdaş olduğunu sübut edib"

Çin dili kursunun buraxılış mərasimi keçirildi - FOTO

Çin dili kursunun buraxılış mərasimi keçirildi - FOTO

Samuxda yük maşını çaya aşdı, bir nəfər suda boğuldu

Samuxda yük maşını çaya aşdı, bir nəfər suda boğuldu

Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq

Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq

Lyayen: "Tarixi sülh sazişini parafladığınız üçün sizi təbrik edirəm"

Lyayen: "Tarixi sülh sazişini parafladığınız üçün sizi təbrik edirəm"

Muzey direktoru Beynəlxalq mükafata layiq görüldü - FOTO

Muzey direktoru Beynəlxalq mükafata layiq görüldü - FOTO

Prezident: "Bizim üçün sülh artıq reallıqdır"

Prezident: "Bizim üçün sülh artıq reallıqdır"

“Şəfa” rumıniyalı futbolçu transfer etdi

“Şəfa” rumıniyalı futbolçu transfer etdi

Ursula fon der Lyayen: “Məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir”

Ursula fon der Lyayen: “Məqsədim Azərbaycanla tərəfdaşlığımızı möhkəmləndirməkdir”

End of content

No more pages to load

RADİO