Yeni strategiya hazırlandı: Vergi sistemində nələr dəyişəcək?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 2025-2028-ci illər üzrə Strategiyası hazırlanıb. Xidmətin rəisi Orxan Nəzərli mətbuata bildirib ki, strategiya dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənir. Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir.

Strategiya əsasən hansı məqamları əhatə etməlidir? Növbəti illər üçün vergi sistemində nələr dəyişməlidir? Bu suallarla mütəxəssislərə müraciət etdik.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Vergi münasibətlərinə könüllü əməletmə
 

Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, DVX tərəfindən əsas istiqamətlər kimi müəyyən edilən güclü insan kapitalının formalaşdırılması, vergi hesablama və ödəmələrinə könüllü əməletmənin təbliği, vergidən yayınmaya qarşı mübarizə və dayanıqlı inkişafı təmin etmək üçün hazırda bütün imkanlar səfərbər edilib:


"Xüsusilə, vergi münasibətlərinə könüllü əməletmənin səviyyəsinin artırılması daha mühüm hesab edilməlidir. Vergi ödəyiciləri tərəfindən könüllü əməletmə dedikdə, vergilərin vaxtında hesablanması və ödənilməsi, vergi bəyannamələrinin vaxtında göndərilməsi və ümumiyyətlə könüllü olaraq vergilərin düzgün hesablanması başa düşülə bilər.

Lakin ən vacib olanı vergilərin riyazi olaraq düzgün hesablanması deyil, hesablamaların söykəndiyi məlumatların reallığı necə əks etdirməsidir. Başqa cür desək, könüllü əməletmə - sahibkarın fəaliyyətində baş verən bütün təsərrüfat əməliyyatlarının özü tərəfindən könüllü olaraq rəsmi qeydiyyatını aparmaqla, gəlir və xərc dövriyyələrinə aid olan bütün əməliyyatları qanunla müəyyən olunan elektron sənəd formalarında könüllü şəkildə düzgün, həqiqətə tam uyğun rəsmiləşdirməklə həyata keçirməsidir.

Məqsəd şəffaflığa ən yüksək səviyyədə çatmaqdır. Strategiyada nəzərdə tutulan hədəflər könüllü əməletməyə mühitin, şəraitin yaradılmasına imkan verəcək. Tam elektronlaşma və vergi kargüzarlığında ən yeni texnologiyaların, rəqəmsallaşmaların tətbiqi vergi münasibətlərində əlçatanlığı yüksək səviyyədə təmin edəcək".

Emosional vəziyyəti yaradan incə məqamlar
 

Auditor bildirir ki, sahibkarlarla vergi orqanları arasındakı münasibətlərin normallaşdırılması prosesində emosional vəziyyəti yaradan incə məqamlar var:


"Məsələn, vergi orqanı tərəfindən bu quruma təqdim edilən bütün hesabatların, məlumatların maksimum düzgün emal edilməsi, vergi ödəyicisinin sorğularının daha sürətli cavablandırılması, vergi orqanının üzərinə düşən müddət öhdəliklərinin qısaldılması, vergi hesablamalarında aşkar edilən uyğunsuzluqlarla bağlı sorğuların asanlaşdırılması və mükəmməlləşdirilməsi kimi məsələlər vergi ödəyicilərinin fəaliyyətinə və DVX-sahibkar münasibətlərinə adekvat olmalıdır.

Hesab edirəm ki, güclü insan kapitalının formalaşdırılması istiqaməti olan strategiya çərçivəsində bacarıqlı, bilikli, dinamik, müasir çağırışlara uyğunlaşa bilən və iqtisadiyyatın spesifik sektorları üçün ixtisaslaşmış vergi əməkdaşlarının əməyi ilə vurğuladığım məqamların həll olunması mümkündür".

Hansı texniki xidmətlərə ehtiyac var? 
 

Mütəxəssisin sözlərinə görə, vergilərlə bağlı iş yükü nə qədər az olsa, həmçinin sadələşdirilsə, belə vəziyyət vergi ödəyicilərinin vergi münasibətlərindəki fəallığını artırar:


"Xüsusilə KOB-lar üçün daha əlverişli vergi rejimi yaradılması, aşağı gəlirli vətəndaşlar üçün isə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması vacibdir.

Texniki istiqamətdə vergi orqanı tərəfindən vergi bəyannamələrindəki məlumatların düzgünlüyünün yoxlanılmasının keyfiyyətinin və dürüstlüyünün artırılması, uyğunsuzluq məqamlarının dürüstləşdirilməsi, kağız daşıyıcısında sənədləşdirmə yükünün və tələbinin sıfıra endirilməsi, rəqəmsal nəzarətin artırılması, vergi bəyannamələrinin, hesabatların və ödənişlərin tam avtomatlaşdırılması, sürətləndirilməsi, beynəlxalq və yerli e-ticarət əməliyyatlarına nəzarət edən xüsusi vergi nəzarət sistemlərinin yaradılmasına da ciddi ehtiyac var".

Vergi Məcəlləsi başadüşülən olmalıdır
 

Vergi üzrə ekspert Mahmud Abasquliyev deyir ki, Vergi Məcəlləsinin daha da asan, başadüşülən olması, investorların cəlbi və vahid elektron portalın daha da təkmilləşdirilməsi vacibdir:


"2025-2028-ci illəri əhatə edən vergi strategiyasının əsas prinsipi güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişafın hədəflənməsindən ibarətdir. Bunun üçün Vergi Məcəlləsinin daha da asan, başadüşülən olması, investorların cəlbi və vahid elektron portalın daha da təkmilləşdirilməsi vacibdir.

Artıq vergi ödəyiciləri üçün bütün əməliyyatların vahid platforma üzərindən aparılması təmin edilir və bu platformanın təkmilləşdirilməsi istiqamətində işlər gedir. Bu gediş gələcəkdə bizə hətta yoxlamaların elektron audit üzərindən uzaqdan idarə edilməsinə kömək edəcək. İqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi siyasətinin tənzimləyici rolu davam etdiriləcək, "kölgə iqtisadiyyatı" ilə sistemli mübarizənin aparılması yenə də əsas prioritet olacaq.

Vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilməsi, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə hədəflərin həyata keçirilməsi əsas istiqamətlərdir".

Strategiyanın əsas hədəfi...
 

Abasquliyev bildirir ki, əsas hədəf ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət etməkdir ki, strategiya üzrə bu işlər aparılır:


"Vergi xidmətinin insan resursları müvafiq rəqəmsal alətlərə malik olmalıdır ki, vergi ödəyicilərinin fəaliyyətini nəzarətdə saxlamaq, vergidənyayınma hallarının qarşısını almaq mümkün olsun. Bu baxımdan vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılacaq. Əsas hədəf ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət etməkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabit Məmmədova ağır itki ÜZ VERDİ

Sabit Məmmədova ağır itki ÜZ VERDİ

Afiyəddin İsgəndərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Afiyəddin İsgəndərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

ABŞ və Nigeriyadan birgə ƏMƏLİYYAT – İŞİD liderlərindən biri məhv edildi – FOTO

ABŞ və Nigeriyadan birgə ƏMƏLİYYAT – İŞİD liderlərindən biri məhv edildi – FOTO

Trampdan İrana açıq təhdid: “İki günə hər şeyi məhv edə bilərdik” – VİDEO

Trampdan İrana açıq təhdid: “İki günə hər şeyi məhv edə bilərdik” – VİDEO

Lahıc-İsmayıllı yolunda UÇQUN – Hərəkət dayandı – VİDEO

Lahıc-İsmayıllı yolunda UÇQUN – Hərəkət dayandı – VİDEO

“Yaşıdlarım nəvə sevinci yaşayır...”- 23 il sonra gələn möcüzə - Video

“Yaşıdlarım nəvə sevinci yaşayır...”- 23 il sonra gələn möcüzə - Video

İradə Zeynalova: “Mən rus deyiləm, yarı azərbaycanlıyam” – VİDEO

İradə Zeynalova: “Mən rus deyiləm, yarı azərbaycanlıyam” – VİDEO

Kinoteatrlarda xarici filmlər niyə Azərbaycan dilində nümayiş olunmur? – RƏSMİ AÇIQLANMA

Kinoteatrlarda xarici filmlər niyə Azərbaycan dilində nümayiş olunmur? – RƏSMİ AÇIQLANMA

Bir ev qiymətinə kənd satın aldılar - Fotolar

Bir ev qiymətinə kənd satın aldılar - Fotolar

Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş

Sən demə, binalardakı ən rahat mərtəbə bura imiş

KİV: ABŞ və İsrail gələn həftə İrana hücumları bərpa edə bilər

KİV: ABŞ və İsrail gələn həftə İrana hücumları bərpa edə bilər

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Temperatur enəcək, yağış yağacaq

Süni intellekt bu peşə sahibləri üçün düşmənə çevrilir - Nazir açıqladı

Süni intellekt bu peşə sahibləri üçün düşmənə çevrilir - Nazir açıqladı

BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr

İmtahanda yüksək bal yığmağın formulu - AÇIQLAMA

İmtahanda yüksək bal yığmağın formulu - AÇIQLAMA

Səhər yeməyində ƏT YEMƏK enerjini yüksəldir

Səhər yeməyində ƏT YEMƏK enerjini yüksəldir

Rayonlarda torpaq BAHALAŞIR - VİDEO

Rayonlarda torpaq BAHALAŞIR - VİDEO

Bu müddət ərzində ölkədə balıq ovu qadağandır – Nazirlikdən xəbərdarlıq

Bu müddət ərzində ölkədə balıq ovu qadağandır – Nazirlikdən xəbərdarlıq

Qara zolaqlı döymənin mənası nədir?

Qara zolaqlı döymənin mənası nədir?

Ən şanslı BÜRCLƏR kimlər olacaq? – Mayın ikinci yarısı...

Ən şanslı BÜRCLƏR kimlər olacaq? – Mayın ikinci yarısı...

Daha bir ölkədə "Ebola" virusu aşkarlandı

Daha bir ölkədə "Ebola" virusu aşkarlandı

Hava limanındakı hərəkətinə görə turistin ölkəyə girişi qadağan edildi

Hava limanındakı hərəkətinə görə turistin ölkəyə girişi qadağan edildi

Zelenski xəbərdarlıq etdi: "Rusiya NATO ölkəsinə hücuma hazırlaşır"

Zelenski xəbərdarlıq etdi: "Rusiya NATO ölkəsinə hücuma hazırlaşır"

Xalq artistinin qızının nişanından görüntülər YAYILDI - VİDEO

Xalq artistinin qızının nişanından görüntülər YAYILDI - VİDEO

End of content

No more pages to load

RADİO