Fermerlər öz məhsullarını sığortalamağa niyə MARAQLI deyillər? – MÜHÜM AÇIQLAMA

Havaların soyuması, yağıntıların çoxalması kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olur. Bu bahalaşmadan əlavə, kəndlilər məhsullarının tələf olmasından hər il şikayətlənirlər. Bazarda satıcılar iqlim dəyişikliklərinin vurduğu ziyanlar səbəbindən borc problemi yaşadıqlarını deyirlər.

Halbuki, 2020-ci ildən Aqrar Sığorta Fondu fəaliyyət göstərir. Bununla 48 növ bitki məhsulunu, o cümlədən taxıl və tarla bitkilərini, demək olar ki, bütün növ meyvələri, bostan və tərəvəz bitkilərini, texniki bitkiləri və sair sığorta edir. Eyni zamanda aqrar sığorta mexanizmi vasitəsilə iri və xırda buynuzlu heyvanları da sığortalamaq mümkündür.
 

MÖVZU İLƏ BAĞLI:

Fermer dövlət tərəfindən təyin olunmuş subsidiyanı 3 ildir niyə ALA BİLMİR? – Rəsmi AÇIQLAMA  


Buna baxmayaraq, niyə insanlar məhsullarını sığortalamağa maraqlı deyillər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya bu barədə danışıb. Onun sözlərinə görə, kəndlilərin məhsullarını sığortalamamaqlarında problem təkcə əhalinin məlumatsızlığı deyil:

“Kiçik ərazilər sığortalanmır, sənəd problemi olan torpaqların və qeydiyyatsız heyvanların sığortalanmasında problem var. Sığorta üçün münbit şərait yaradılıb. Sadəcə olaraq fermerin sənədləri qaydasında olmalıdır. Müəyyən şərtlər var ki, bizim fermerlərin əksəriyyəti o şərtləri ödəyə bilmir. Sığorta şirkəti bu gün çox sayda olan mal və məhsulları sığortalamaqda maraqlıdır. Çünki sığorta şirkətinin orada mənfəəti var”.

İqtisadçı onu da qeyd edib ki, insanlar sığortadan öncə sənədlərinin qaydasında olmasına diqqət yetirməlidirlər, bu yöndə maariflənməlidirlər, sənədləşdirmənin əhəmiyyətini anlamalıdırlar.

Hazırda sığortalanan məhsulların həcmi

Aqrar Sığorta Fondundan Bizim.Media-ya verilən məlumata görə, 2024-cü ilin 9 ayının nəticəsi üzrə, fond tərəfindən ölkədəki ümumi həcmi təqribən 1,8 milyon hektar olan əkin sahələrinin təqribən 406 min hektarı sığorta edilir. Bitkiçilik sığortası üzrə sığorta təminatının həcmi 457 milyon manat təşkil edir. Eləcə də fond tərəfindən ölkə üzrə 2300 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Heyvandarlıq təsərrüfatlarının sığortası üzrə verilən sığorta təminatının məbləği 14 milyon manat təşkil edir. Ən çox sığortalanan məhsullar taxıl (arpa, buğda), qarğıdalı, pambıq, fındıq, çəltik, şəkər çuğunduru, nar bağları və sairdir.

Sığorta zərfinə əlavə edilən risklər
 

Belə ki, 2022-ci ildə Aqrar Sığorta Fondu tərəfindən sel-subasma riski, 2023-cü ildə isə pambıq bitkisi ilə bağlı leysan riski baza sığorta zərfinə daxil edilib.  Bundan başqa, sığorta zərfinə donvurma, bitki xəstəlikləri, dolu vurmasından keyfiyyət itkisi, eləcə də ting, ağac və kolların ayrıca sığortası üzrə risklər əlavə edilib.


Nəticədə fermerlərin təsərrüfatları əksər risklərdən qorunur.  Onu da qeyd edək ki, sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılanır. Məsələn, ölkədə 1000 manatlıq taxıl olan 1 hektar əkin sahəsinin sığortalanması fermerə cəmi 6-18 manata başa gəlir. Meyvə bağlarında 1000 manatlıq məhsulun sığortalanması da 10-25 manat ətrafındadır.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

End of content

No more pages to load

RADİO