Avtomobil sənayemizdə yeni DÖNƏM – Ölkəmizdə hansı maşınlar istehsal OLUNACAQ?

Azərbaycanda avtomobil sənayesinin daha da modernləşdirilməsi, yüksək keyfiyyət göstəricilərinə uyğunlaşdırılması istiqamətində “Azərmaş” ASC ilə Özbəkistanın “UzAuto Motors” şirkəti arasında əməkdaşlıq əlaqələri qurulub.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.  

Beş ölkənin təcrübəsi və texnologiyası gündəmdə

Qeyd edilir ki, Hazırda Hacıqabul Sənaye Məhəlləsində “Chevrolet” brendinin “Nexia”, “Cobalt”, “Malibu”, “Tracker” və “Equinox” modelləri və sair markalı avtomobillər istehsal olunur. Avtomobil sənayesində istehsal prosesinin gücləndirilməsi məqsədilə 2023-cü ilin may ayında Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulmuş boyaq, qaynaq müəssisəsində istehsalın daha dərin lokallaşdırılması nəzərdə tutulur. 

ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olması nəzərdə tutulur. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq. 

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən açıqlamada istehsal olunan avtomobillərin yerli şəraitə tam uyğun şəkildə hazırlanacağı və həm daxili bazarda təklif olunacağı, həm də xarici bazarlara ixrac ediləcəyi bildirilib. 

Hazırda ölkəmizdə nə qədər avtomobil istehsal olunur?

Qeyd edək ki, hazırda yerli zavodlarımız istehsaldan çox yığıma üstünlük verir, yəni xaricdən alınan ehtiyat hissələrindən istifadə etməklə minik avtomobilinin yığımı həyata keçirilir. 

İN tərəfindən Hacıqabul Sənaye Məhəlləsində adıçəkilən zavodun inşası ilə bağlı məlumat yayıldıqdan sonra hamıda belə ümid yaranıb ki, bundan sonra həm ehtiyat hissələri həm də avtomobilin özü tam yerli istehsal olacaq. 

“Hələ işin başlanğıcıdır”

Nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev Bizim.Media-ya açıqlamasında, avtomobil istehsalımızın artırılması yönündə atılan addımı müsbət hal kimi dəyərləndirib.

Azərbaycanda hazırda bir neçə markadan olan istehsal olunduğunu xatırladan ekspert, əslində isə onların ehtiyat hissələrinin xaricdən gətirildiyini və ölkəmizə yığıldığını bildirdi:

“Amma bu da görülən işin başlanğıcıdır. Bu sahə təkmilləşdikcə, bizdə də ehtiyat hissələrinin istehsalı başlayacaq. Bu da müəyyən dövr və bir qədər çox sərmayə tələb edir”.

Müsahibimiz, hazırda tikilən zavodu nəzərdə tutulan istehsal gücünü müasir dövrün tələbi kimi dəyərləndirdi:

“Özümüz nə qədər çox avtomobil istehsal etsək, bir o qədər çox valyutanın ölkədən çıxmasının qarşısını ala bilərik. Ona görə ki, hazırda “Chevrolet” yalnız ABŞ-da, Koreyada, Özbəkistanda istehsal olunur. Bunun bizdə də istehsal olunacağı ilə bağlı xəbərin açıqlanmasını müsbət hal kimi dəyərləndirirəm. Bununla belə arzu edirəm ki, bizim də öz markamız, öz brendimiz olsun”. 

Nəticələr müsbət olarsa,...

Gələcəkdə istehsal olunacaq avtomobillərin daxili bazar üçün nəzərdə tutulduğunu deyən ekspert vurğulayıb ki, əgər nəticələr müsbət olarsa, bir çox ölkələrə də bu maşınları ixrac etmək olar:

“Əsasən də qonşu Rusiyaya, Gürcüstana, Orta Asiya ölkələrinə ixracı planlaşdırıla bilər. Əsas məsələ isə qiymət uyğunluluğu, keyfiyyət, komfort və müasir dövrlə uyğunlaşmasıdır. Bir də elektromobil və hibridyönümlü avtomobillər istehsal olunsa, daha da rəqabətədavamlı olar”. 
Məlumat üçün bildirək ki, 2023-сü ildə Azərbaycanda 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal olunub. Cari ilin yanvarın 1-nə qədər isə hazır avtomobillərin sayı 17 ədəd olub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT

“Bavariya”dan 55 milyonluq transfer

“Bavariya”dan 55 milyonluq transfer

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Almanlar Kloppla danışıqlara başladı

Almanlar Kloppla danışıqlara başladı

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Tramp özünü İsrailin ən yaxşı prezidenti ADLANDIRDI

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi – VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

"iTicket" “Qarabağ”ın oyununa görə azarkeşlərdən ÜZR İSTƏDİ - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

İtkin-şəhid Bahadur Kamalov Kəlbəcərdə dəfn edildi - FOTO

Niderland millisinin üzvü “Fənərbağça”da

Niderland millisinin üzvü “Fənərbağça”da

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Həm dərmandır, həm də dərd: Bağ-bağatınızdakı bu bitkini yalın əllə yığmayın, TƏHLÜKƏLİDİR – FOTO

Rafinya Norveçlə oyunu da buraxacaq

Rafinya Norveçlə oyunu da buraxacaq

End of content

No more pages to load

RADİO