Qərbin növbəti QƏRƏZİ – Azərbaycanda turizmin inkişafı kimləri NARAHAT EDİR?

Qərb dünyası təəssüf ki, bütün sahələr üzrə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Onların ölkəmizə münasibətdə növbəti qərəzi turizm sahəsilə bağlıdır.  

Belə ki, "A3M" beynəlxalq monitorinq şirkəti turistlərin səyahətləri üzrə “2024 Risk Xəritəsi” yayımlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbdə BÖYÜK PARÇALANMA – Avropanın öz ordusunu yaratmaq planının PƏRDƏARXASI 


"Çox yüksək risk”, “yüksək risk”, “artan risk”, “kiçik risk” və “çox aşağı riskli ölkələr” olmaqla beş fərqli kateqoriya üzrə yaradılan risk xəritəsində Azərbaycan “artan risk” ölkələri arasında yer alıb. Qeyd edək ki, bu kateqoriyaya ölkəmizlə yanaşı, Türkiyə, Orta Asiya ölkələri, Çin, Hindistan, Tunis və Misirin bir hissəsi, Gürcüstan, Ermənistan və Braziliya kimi ölkələr də daxil edilib.

Azərbaycanın yerləşdiyi kateqoriyaya aid ölkələr üçün qeyd edilib ki, “Səyahətçilər artan risklərlə üzləşirlər, lakin ölkəyə və ya regiona səyahət edərkən əlavə tədbir görməyə ehtiyac yoxdur. Geniş yayılmış zorakı cinayətlər səbəbindən təhlükəsizlik vəziyyəti gərgin və ya əhəmiyyətli sağlamlıq riskləri, təbii təhlükələr və ya digər xüsusi risklər ola bilər. Uzunmüddətli, şiddətli etirazlar da mümkündür. 

Maraqlısı odur ki, “riskli” və ya “artan risk” kimi göstərilən ölkələr ABŞ və Avropa İttifaqı ölkələrinin birbaşa və ya dolayısı ilə gərginlik yaşadığı ölkələrdir.

Bu da onu göstərir ki, monitorinq şirkəti bir sıra digər ölkələr kimi, Azərbaycana münasibətdə rəy hazırlayarkən, obyektivlikdən uzaq olaraq, məsələyə qərəzli yanaşıb. 

Bu addımın Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi bir vaxtda atılması isə hesabatın siyasi motivli olması ehtimalını daha da gücləndirir.

Görəsən, Azərbaycanın turistlər üçün “artan riskli” ölkələr siyahısına daxil edilməsinin arxasında hansı qərəz dayanıb?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanı, Türkiyəni sevməyən ölkələr belə qərəzli mövqelərilə türk dünyasının turizm sektorunda yaranan perspektivlərə qarşı öncədən psixoloji baryer yaratmağa çalışırlar:

“Turizm hazırda dünya iqtisadiyyatında əsas trendlərdən biridir. Turizm təkcə iqtisadi hadisə deyil, həm də mədəniyyət mübadiləsi, qarşılıqlı inteqrasiya, məişət, mətbəx, musiqi mübadiləsidir. Turizm əyləncə, tibbi xarakterli iqtisadiyyat olduğundan burada insanların bir-birini tanımasında, ünsiyyət qurmalarında daha əlverişli şərtlər formalaşır”. 

Hansı güclər turizmimizin inkişafından narahatdır?

Deputat qeyd edir ki, bəzi güc mərkəzləri turizmdən gələn gəlirlərin Türkiyə, Azərbaycan kimi ölkələrə yönlənməsindən qıcıqlanır: 

“Nəticə etibarı ilə burada söhbət həm bir xalqın mədəniyyəti, ədəbiyyatı, mətbəxi, musiqisinin tanınmasından, həm də onun iqtisadi vəziyyəti, rifahından gedir. Bu isə xalqlar arasında doğmalıq, mədəniyyət mübadiləsi yaratmaqla qarşılıqlı simpatiya doğurur. Görünür bəzi siyasi mərkəzlərin planlarında bu yoxdur, ona görə də ölkəmizə qarşı belə qərəzli mövqe sərgiləyiblər. 

İmperalist dövlətlər başqasını hədəf göstərməklə buna nail olmağa çalışır, ona görə də zaman-zaman islamofobiya, türkfobiyanı təbliğ edirlər. Türkiyənin dünya turizmdə yeri və rolu hər gün daha da artır. Azərbaycan da bu sahədə böyük potensiala malikdir.

Xüsusən də, torpaqlarımız işğaldan azad edildikdən sonra, turizm imkanları ciddi şəkildə böyüyüb. Bu da nəticə etibarı ilə iqtisadiyyat, rifah deməkdir. 

Azərbaycanı, Türkiyəni sevməyən ölkələr isə buna paxıllıq etdiklərindən ölkəmiz üçün yaranan bu kimi perspektivlərə qarşı öncədən psixoloji baryer qurmağa çalışırlar. Bu da bəzi güc mərkəzlərinin imperalist maraqlarından irəli gəlir”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

End of content

No more pages to load

RADİO