Yaxın Şərqdə münaqişə BÖYÜYƏRSƏ… - Dünya iqtisadiyyatını gözləyən TƏHLÜKƏLƏR

Dünya Bankı bu günlərdə Yaxın Şərqdə baş verən son hadisələr fonunda enerji daşıyıcılarının qiymətləri ilə bağlı ciddi problemlərin yaranmasından bəhs edən son hesabatını açıqlayıb. 

Sənəddə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin dünyada geosiyasi riskləri artırdığı diqqətə çatdırılır. 
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın Şərqdə GƏRGİNLİK ARTIR – Region böyük savaşın ASTANASINDA


Bildirilir ki, münaqişənin daha da genişlənməsi enerji daşıyıcılarının qiymətlərinin artmasına və qlobal aktivlik, eləcə də inflyasiya üçün böyük mənfi nəticələrə gətirib çıxara bilər:

“Yaxın Şərqdə baş verən son münaqişə geosiyasi riskləri artırıb. Münaqişənin artması enerji qiymətlərinin artmasına gətirib çıxara bilər ki, bu da qlobal aktivliyə və inflyasiyaya böyük təsir göstərə bilər. Enerji qiymətlərinin artması istehsal və çatdırılma xərclərinə də təsir edəcək və bu da ərzaq və digər malların bahalaşmasına səbəb olacaq”.

“Qiymətlər artır”

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, bazarlarda neft və qaz kimi strateji məhsullar üzrə həssaslıq dərəcəsi digərləri ilə müqayisədə daha yüksəkdir:

“Bunlar gündəlik hasil və emal edilərək bazardakı istehlakçıya çatdırılmasa, böyük fəsadlara yol açacaq. Bu hesabat da göstərir ki, həqiqətən də belə bir risk var. 2023-cü ilin dekabr ayında Husilərin qəfildən dəniz qulduru kimi peyda olması da göstərdi ki, təkcə yük konteynerləri daşıyan gəmilər deyil, bütün gəmilər çox ciddi təhlükə ilə üz-üzə qalıblar. 

Buna görə də əvvəlcə “bp”, ardınca digər şirkətlər buna reaksiya verdilər və Afrikanı keçərək Avropaya, yaxud da əks istiqamətdə alternativ marşrut xəttindən istifadə etməyə başladılar. Bu yüklərin çatdırılmasını ən azı 7-8 gün gecikdirir və bazarlarda müxtəlif məhsulların qiymətlərinin artmasına səbəb olur”. 

Neft 100 dollar həddini keçəcək?

Onun sözlərinə görə, bütün baş verənlərlə əlaqədar neftin qiymətlərində 65-150 dollar arasında bahalaşma proqnozlaşdırılır:

“Məsələn, “Saxo Bank” 150 dollara qədər artımın olacağını söyləyir. Ancaq əsas proqnoz 75-80 dollar arasındadır”. 

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsi başladıqdan sonra neftin və qazın qiymətlərində ciddi dalğalanmalar müşahidə olunmaqdadır və bu tendensiya hazırda da davam edir. Belə görünür ki, münaqişə şiddətləndikcə, problem daha da böyüyəcək…

Ekspert enerji daşıyıcılarının qiymətlərinin hələ də dünyadakı stabillikdən asılı olduğunu bildirib: 

“Bunlar da əsasən hərbi, siyasi, təhlükəsizlik və iqtisadi proseslərdir. Amma 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən bu günə qədər stabillik hələ də əldə olunmayıb. Təkcə 2022-ci illə müqayisədə ötən ildə “Brent” markalı neftin orta qiyməti 101,3 dollardan 84 dollara qədər ucuzlaşdı, daha sonra ziqzaqvari şəkildə 96 dollara yüksəldi. Təbii ki, Fələstinlə İsrailin bir-birinə raket zərbəsi endirməsi birjalara təsir edəcək. Artıq bu gün qaz Avropa bazarlarında 350 dollara satılır. 

Ancaq bu o demək deyil ki, qiymətlər bu ilin sonuna qədər stabil qalacaq. Bəlli olduğu kimi, qaz qiymətləri ötən il 1000 kub/metr üçün 560 dollara qədər bahalaşdı, sonra isə 300 dollara qədər düşdü. Bunlar da onu göstərir ki, hələ də stabillik əldə edilməyib. 
Cari ilin proqnozlarında da stabillik olacağı ilə bağlı nəsə əks olunmayıb. Ona görə ki, ABŞ-da, Rusiyada, Avropa Komissiyasında, eləcə də Tayvanda seçkilər olacaq. Buna görə də hansı qüvvələrin hakimiyyətə gələcəyi, onların siyasi-iqtisadi və hərbi münasibətləri formalaşdırmaq üçün hansı konsepsiyalar irəli sürəcəkləri bəlli deyil”.  

Bəs, bu proseslər Azərbaycanın enerji sektoruna necə təsir edə bilər?

“Ölkəmizdə neft istehsalı getdikcə azalır. Gəlirlərimizin daha çox olması, dövlətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi, eləcə də heç bir xarici yardım almadan işğaldan azad olunmuş ərazilərə kapital qoyuluşlarının həyata keçirilməsi üçün enerji qiymətlərinin daha yüksək olması sərfəlidir”. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

End of content

No more pages to load

RADİO