Geyim istehsalımız niyə AZALIB?

Dövlət Statistika Komitəsinin yaydığı son hesabata görə, Azərbaycanda bu ilin yanvar-noyabr aylarında geyim istehsalı azalıb. 

Belə ki, cari ilin 11 ayında ölkədə 97,5 milyon manat dəyərində geyim istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 13.3% azalma deməkdir.

Azalmalar nə ilə bağlıdır? 

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli, əsas səbəbi daxili bazara marağın azalması ilə əlaqələndirib: 

“Bu da onlayn ticarətin hesabına baş verir. Ona görə ki, son illər ölkə vətəndaşlarının çoxu bu ticarətə üstünlük verirlər və sifarişlərini karqo ilə gətirirlər. Nəticədə isə həm yerli bazara zərbə vurulur, həm də yerli istehsal aşağı düşür”. 

Bu gün 300 dollara qədər onlayn sifariş verən şəxslərin vergilərdən azad olunduğunu söyləyən müsahibimizin sözlərinə görə, ancaq yerli istehsalçılar və xırda ticarətçilər bu vergiləri ödəməyə məcbur qalırlar: 

“Bunun hesabına da ölkədə həm haqsız rəqabət yaranır, həm də yerli sahibkarlara zərbə dəyir. Bu da artdıqca, insanlar xarici məhsullara daha çox meyl göstərməyə başlayırlar. Hökumət isə məhz bu məqamla ciddi məşğul olmalıdır. 

Əvvəllər onlayn ticarət üçün limit 10 min dollar idi. Ancaq bunun artdığını görərək limiti 1000 dollara, daha sonra isə 300 dollara endirdilər. Artıq vergilərdən yayınmaq istəyən kiçik sahibkarlar da bu üsullardan istifadə etməyə və müxtəlif şəxslərin adından istifadə edərək mal və məhsul gətirməyə başlayıblar. 

İş orasındadır ki, sadə vətəndaşlar da bu yollar alış-veriş edirlər. Üstəlik həm istehsalçı, həm məhsul gətirib satan ticarətçi də vergi ödəyir, amma hər ikisinin alıcısı onlardan deyil, onlayn şəkildə alış-veriş edir. Bu baxımdan da vergi ilə bağlı vəziyyət yaxşılaşmalıdır. Onlayn ticarətin üstünlükləri çoxdur və o, öz yerini daha möhkəmləndirəcək”.

Bəs, alıcılar niyə geyim məhsullarını onlayn sifariş etməyə üstünlük verirlər?

Ekspertin fikrincə, xarici istehsalla yerli istehsalı müqayisə etmək hələ tezdir: 

“Təbii ki, Türkiyə və ya İtaliya məhsulu olan geyimlərlə Azərbaycan istehsalı olan geyimlər arasında müqayisə aparmaq olmaz. Bu sahə ölkəmizdə hələ yeni formalaşır və kifayət qədər imic qazanmayıb. Üstəlik, yeni olduğu üçün həllini gözləyən problemlər hələ çoxdur. DSK-nin açıqladığı 97,5 milyon manatlıq göstərici elə də böyük rəqəm deyil. Ötən ay isə belə məlumat yayıldı ki, cari ildə ölkəmizdə təkcə geyimə 1 milyard manatdan çox vəsat xərclənib. 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

End of content

No more pages to load

RADİO