Qırmızı dənizdəki xaosun neft qiymətlərinə TƏSİRİ – İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr

İlham Şabanın təqdimatında Dünyada siyasi vəziyyətdəki gərginlik bazarlarda da stabilliyin əldə edilməsinə əngəlliklər yaradır. Bu, özünü daha çox strateji məhsulların ticarətində daha çox büruzə verir. Məsələn, neft bazarlarında.

Qlobal bazarlar.

Yola saldığımız həftəni neft bazarları gözlənilməz bir hadisə ilə açdılar. Birdən-birə husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə hücum xəbərləri yayıldı. Hətta dünyanın ən iri konteyner daşıyıcısı olan Maersk şirkətinin gəmisinə raket də buraxıldı. Neft şirkətlərindən birinci olaraq bp, daha sonra isə Equinor Qırmızı dənizdən neft daşımayacaqları haqda bəyanatlar səsləndirdilər. Cəmi bir gün keçdi və Afrikanı dolanaraq Şərqlə Qərb arasında və əksinə getmək istəyən şirkətlərin sayı yarıdan çox oldu.

Neft bazarı təbii ki, buna biganə qala bilməzdi. Dekabrın 20-də neftin ən bahalı partiyası 80 dollar 60 sentə satıldı. Qeyd deyim ki, Qırmızı dəniz üzərindən dünya neftinin 10%-dək hissəsi daşınır, bu baxımdan da vəziyyəti nəzarətsiz qoymaq gələcəkdə daha iri fəsadlara yol aça bilərdi. Ona görə də ABŞ özlərini “XXI əsrin piratları” kimi aparanlara qarşı “Rifah keşikçisi” hərbi əməliyyatının başlandığını və 9 ölkə ilə birgə hərəkət etmək razılığı əldə etdi. Daha sonra Avropa Birliyi də bu əməliyyatı dəstəklədi.

Necə deyərlər husilər neft bazarlarını əməlli-başlı qızışdırdıqları zaman Afrikanın qos-qoca neft ölkəsi qəfildən neft qiymətlərini aşağı sala biləcək addım atdı. Dekabrın 21-də Anqola 16 il üzvü olduğu OPEC təşkilatından rəsmən çıxdığını elan etdi. Səbəbi də bu oldu ki, Anqolanın bazara təsiri yoxdursa, onda nədən OPEC kvotaları ilə oturub-durmalıdır.

Qırmızı dənizin Azərbaycana təsiri.

Qırmızı dənizdə daşımalara olan təhlükənin Azərbaycana da təsirləri var. Belə ki, Gömrükdə bəyan edilmiş məlumatlara əsasən, cari ilin 11 ayında bizim neftimizin alıcısı kimi 22 ölkə çıxış edib və onların 6-sına neft məhz Qırmızı dənizi keçməklə çatdırılıb. Düzdür, onlardan eləsi var ki, ayda bir dəfə bir partiya neft alır bizdən. Amma həcm etibarı ilə Hindistan, Vyetnam, İndoneziya, Sinqapur, Malayziya və Tailand kimi ölkələrin payı Azərbaycanın neft ixracında 10,4% təşkil edib.

Yaşıl enerji.

Bu həftənin ilk iş günü Azərbaycan üçün yaşıl enerji əməkdaşlığı xəbərləri ilə açıldı. Belə ki, Bakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın enerji qurumları arasında görüş oldu.

“AzərEnerji” ASC-nin təşkilatçılığı ilə düzənlənən bu tədbir bir il öncə Buxarest şəhərində sözügedən ölkələrinin dövlət və hökumət başçıları tərəfindən imzalanmış “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”-in icrası istiqamətində keçirilirdi.

Sazişə əsasən, Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpa olunan enerji mənbələrində istehsal olunan yaşıl enerjinin Azərbaycandan Gürcüstana, oradan isə kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, oradan isə Avropa Birliyi ölkələrinə ötürülməsi, bununla da “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin yaradılması tərəflər arasında əsas prioritet olaraq qəbul olunub.

Sazişin icrası istiqamətində 4 ölkənin energerika nazirlərindən ibarət yaradılmış Rəhbər Komitənin artıq 5 iclası keçirilib. Budapeşt şəhərində keçirilmiş son görüşdə növbəti addım olaraq Bakıda elektrik enerjisinin ötürücü qurumları arasında Birgə Müəssisənin yaradılması məqsədi ilə görüşün təşkil edilməsi razılaşdırılmışdı.

Bu xüsusda 18 dekabr tarixli tədbirin məqsədi tərəflərin məsul qurumları arasında ilk işçi görüşün keçirilməsi və layihənin icrası ilə bağlı hüquqi və digər praktiki aspektlərinin müzakirəsi olub.

Yaşıl enerji potensialımız.

Azərbaycanın böyük yaşıl enerji potensialı isə heç kəsdə şübhə doğurmur. Ölkəmizdə ümumi yaşıl enerji potensialı 200 qiqavat gücündə dəyərləndirilir. Dənizdə külək enerjisinin potensialı 157 qiqavat, quruda külək və günəş enerjisinin potensialı 30 qiqavata, Vətən müharibəsi zamanı işğaldan azad etdiyimiz torpaqlarda isə enerji potensialı 10 qiqavata yaxındır.

Yaşıl enerji və siyasət.

Onu qeyd edim ki, həftə ərzində “yaşıl enerji” mövzusu həm ölkəmizdə, həm də Avropada diqqət mərkəzində olan hadisələrlə yadda qalıb. Belə ki, dekabrın 20-də Bakı ilə Ankara arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə edilib.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşü zamanı tərəflər Bakı ilə Ankara arasında iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edərkən yaşıl enerji mövzusuna da toxunublar.

Görüş əsnasında Yılmaz dünyanın yaşıl və rəqəmsal transformasiya dövründə olduğunu nəzərə alaraq, Azərbaycanla Türkiyənin bu sahədə də birgə çalışmasının və əməkdaşlığının vacibliyini vurğulanıb.

Bir gün sonra Bakıda Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov Azərbaycanın Türkiyə ilə “yaşıl enerji”nin istehsalı və ixracı üzrə əməkdaşlığa başladığını bəyan edib. Şahbazov əlavə edib ki, Azərbaycan enerji səmərəliliyi sahəsində Türkiyə şirkətlərinin təcrübəsini çox önəmli hesab edir və bu istiqamətdə əməkdaşlığa hazırdır.

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov isə Azərbaycanın Türkiyə ilə birlikdə işğaldan azad edilmiş ərazilərdəki 5 kiçik su elektrik stansiyasının bərpa edilməsi layihəsindən danışıb. Onun sözlərinə görə, nazirliyə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" qardaş ölkədən olan şirkətlərlə bununla bağlı danışıqlar aparır. Bərpa işləri özəl investisiyalar hesabına həyata keçirilməlidir.

Azərbaycanı tərk edən şirkət.

Norveçin neft-qaz nəhəngi olan “Equinor” şirkəti 22 dekabr 2023-cü il tarixində Azərbaycandakı aktivlərini tam satdığını elan etdi. Bir qədər sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bununla bağlı açıqlama verərək bildirdi ki, cümə günü SOCAR prezidenti Rövşən Nəcəf “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Filip Matyö ilə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yatağı, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədləri imzalayıblar.

Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.

İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.

Milyard barel neft çıxarılan platforma.

“Azəri-Çıraq-Günəşli” (AÇG) blokundakı “Qərbi Azəri” platforması istifadəyə veriləndən etiarən neft hasilatının ümumi həcmi 1 milyard barelə çatıb.

“BP-Azerbaijan” şirkətinin yayadığı məlumata görə, “Qərbi Azəri” platformasından ilk neft 2005-ci ilin dekabr ayında əldə olunub, yəni milyard barel nefti hasil etmək üçün düz 18 il zaman keçib.

Qeyd edək ki, bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında 1 milyard barel göstəricisinə çatıb. Bu əlamətdar mərhələyə çatan ilk platforma “Mərkəzi Azəri” olub - 2021-ci ilin iyul ayında. “Mərkəzi Azəri” platformasından ilk milyard barelin hasilatı üçün isə 16 il 7 ay vaxt gərək olmuşdu.

Qazın enerjisi.

Bu həftə Avropaya Azərbaycanın gələcək qaz ixracı məsələləri də diqqətdə olub. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Fransanın “TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jan Lyuk Giziu ilə görüşüb, tərəflər birgə layihələri müzakirə ediblər.

Görüşdə əsas müzakirə mövzusu SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıq məsələləri, o cümlədən “Abşeron” qaz-kondensat yatağının işlənməsi olub. Tərəflər “Abşeron” yatağının İlkin Hasilat Sxemi mərhələsi üzrə işlərin uğurla yekunlaşdırılmasından məmnunluq ifadə ediblər.

Bu il iyulun 10-dan “Abşeron”da qaz-kondensat hasilatı başlayıb. Və nəticələr də yaxşıdır. Energetika nazirliyinin məlumatına görə, noyabrın sonuna yataqdan artıq 600 milyon kubmetr qaz hasil edilib, gələn il isə bu göstəricinin 1,5 milyard kubmetrədək artımı proznoz edilir.

Qeyd edim ki, “TotalEnergies” şirkəti rəhbərlərinin bu il Bakıya səfərlərinin intensivləşməsi səbəbsiz deyil. Artıq tərəflər “Abşeron” yatağının növbəti mərhələsinin işlənməsi üzrə danışıqları yekunlaşdırır və Avropanın da diqqəti bundadır. Çünki “Abşeron”un daha iri qaz həcmləri Cənub Qaz Dəhlizinin genişləndirilən hissəsi ilə ixraca hesablanıb.

Avropa qaz bazarındakı mövqeyimiz.

Avrostatın son hesabatına görə, Azərbaycan 2023-cü ilin yanvar-oktyabr aylarının yekunları üzrə Avropa İttifaqına boru kəməri qazının beş ən iri tədarükçüləri sırasında yer alıb. Hesabat dövründə Avropa Azərbaycandan 409,3 min teracoul qaz idxal edib və buna görə 5 milyard avro məbləğində vəsait ödəyib. Cədvələ diqqət yetirsəniz Rusiyanın Azərbaycandan bir pillə öndə olmasını görərik. Bir müddət sonra isə Rusiyadan da önə keçə bilmək şansımız var.

Necə deyərlər, hələ çoxları bizim mavi yanacağımızın nə gücə qadir olduğunun fərqində deyil, zaman gələr, bilərlər.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Öskürəkdən necə xilas olmaq olar? – Mütəxəssislərdən tövsiyələr

Öskürəkdən necə xilas olmaq olar? – Mütəxəssislərdən tövsiyələr

Azərbaycan çempionu "Sabah" mükafatlandırıldı - VİDEO

Azərbaycan çempionu "Sabah" mükafatlandırıldı - VİDEO

İranlı general: Vaşinqton yenidən “bataqlığa sürüklənəcək”

İranlı general: Vaşinqton yenidən “bataqlığa sürüklənəcək”

Cüdoçularımız Avropa Kubokunda daha 5 medal qazandı - FOTO

Cüdoçularımız Avropa Kubokunda daha 5 medal qazandı - FOTO

14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video

14 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - Video

Daha bir güləşçimiz Avropa çempionu oldu

Daha bir güləşçimiz Avropa çempionu oldu

Trampdan İrana xəbərdarlıq: “Əks halda heç nələri qalmayacaq”

Trampdan İrana xəbərdarlıq: “Əks halda heç nələri qalmayacaq”

İbrahim Həsənov Avropa çempionu oldu

İbrahim Həsənov Avropa çempionu oldu

"Avrokuboklara vəsiqə qazanmağın çətin olduğunu bilirdik"

"Avrokuboklara vəsiqə qazanmağın çətin olduğunu bilirdik"

WUF13: Vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası - VİDEO

WUF13: Vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası - VİDEO

WUF13 dünya mediasının diqqət mərkəzində - FOTO

WUF13 dünya mediasının diqqət mərkəzində - FOTO

Tramp Netanyahu ilə İran ətrafında baş verən məsələləri müzakirə etdi

Tramp Netanyahu ilə İran ətrafında baş verən məsələləri müzakirə etdi

Serbiya Prezidenti: Avropa Parlamenti qaz və neftə ehtiyac duyduğu zaman gəlib Azərbaycana yalvarır

Serbiya Prezidenti: Avropa Parlamenti qaz və neftə ehtiyac duyduğu zaman gəlib Azərbaycana yalvarır

“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO

“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO

Vuçiç: "Prezident İlham Əliyev Serbiyanın böyük dostudur" - FOTO

Vuçiç: "Prezident İlham Əliyev Serbiyanın böyük dostudur" - FOTO

Şavkat Mirziyoyev Azərbaycana gəldi - FOTO

Şavkat Mirziyoyev Azərbaycana gəldi - FOTO

Vuçiç Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşdü - FOTO/VİDEO

Vuçiç Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşdü - FOTO/VİDEO

"Haber Global" Bakıda keçirilən WUF13-ün ilk günündən süjet hazırladı - VİDEO

"Haber Global" Bakıda keçirilən WUF13-ün ilk günündən süjet hazırladı - VİDEO

Bakıda WUF13-ün ilk günü başa çatdı - VİDEO

Bakıda WUF13-ün ilk günü başa çatdı - VİDEO

“Su ehtiyatlarının idarə olunması sahəsində təcrübəmizi bölüşməyə hazırıq” - VİDEO

“Su ehtiyatlarının idarə olunması sahəsində təcrübəmizi bölüşməyə hazırıq” - VİDEO

“Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazandı - FOTO/VİDEO

“Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazandı - FOTO/VİDEO

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana gəldi

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana gəldi

2 milyarddan çox insan hələ də içməli suya möhtacdırr – VİDEO

2 milyarddan çox insan hələ də içməli suya möhtacdırr – VİDEO

“Mənzil, sadəcə, dörd divar deyil, o, insanların fundamental imkanlara çıxışını formalaşdırır” – VİDEO

“Mənzil, sadəcə, dörd divar deyil, o, insanların fundamental imkanlara çıxışını formalaşdırır” – VİDEO

End of content

No more pages to load

RADİO