SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı

SOCAR AQŞ-nin törəmə şirkəti SOCAR AQŞ "Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş" (SOCAR AQŞ Türkiyə) Türkiyənin ən böyük özəl neft və qaz operatorlarından biri olan Çalık Petroleum şirkəti ilə daha bir mühüm müqavilə imzalayıb. 

Bizim.Media xəbər veeri ki, müqaviləyə əsasən, “SOCAR AQŞ Türkiyə” Türkiyənin Diyarbəkir vilayətində quruda yerləşən beş neft quyusunun təhlükəsiz və səmərəli şəkildə tamamlanması üçün qazma xidmətlərini təmin edəcək. 

“SOCAR AQŞ Türkiyə” səmərəliliyin artırılması və səs-küy səviyyəsinin azaldılması kimi xüsusiyyətlər daxil olmaqla, ənənəvi qazma qurğuları ilə müqayisədə əhəmiyyətli üstünlüklərə malik innovativ HH300 hidravlik qazma qurğusunu Türkiyədə ilk dəfə olaraq istifadə edəcək. 

SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd edib:

“Müştəri bazamızın şaxələndirilməsi Korporativ İnkişaf Strategiyamıza uyğundur. Bu yeni müqaviləni Türkiyədə imzalamaqla, işimizə olan öhdəliyimiz, innovativliyə olan yanaşmamız və daim mükəmməllik axtarışımız sayəsində uğur qazanacağımızı bilərək, qarşıdakı imkanları və çətinlikləri qəbul edirik”. 

“Biz böyük məmnuniyyətlə Çalık Petroleum ilə tərəfdaşlıq edirik və əminik ki, təcrübəmiz bu müqavilə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər üçün təminat rolu oynayacaq”, deyə “SOCAR AQŞ Türkiyə”nin Ölkə üzrə Meneceri Famil Xələfov bildirib.

SOCAR AQŞ 2019-cu ildən bəri Türkiyədə qazma layihələri həyata keçirir və Türkiyənin dövlət neft şirkəti olan "Turkish Petroleum Corporation" (TPAO) ilə imzalanmış son razılaşmalardan biri çərçivəsində daha dörd neft quyusu qazılacaq. SOCAR AQŞ həmçinin Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsinə davam edir. 
Mükəmməllik, təhlükəsizlik və dayanıqlılıq kimi məqsədlərə daim sadiq olmaqla, SOCAR AQŞ regionda və qlobal miqyasda qazma və quyu xidmətlərinin aparıcı təchizatçısı kimi öz mövqeyini möhkəmləndirməyi hədəfləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

End of content

No more pages to load

RADİO