Gələn il qızıl BAHALAŞACAQ?

“Azərbaycanın zərgərlik bazarı kifayət qədər inkişaf edib və bu günə qədər dinamikanı saxlamaqda davam edir. 2022-ci ildə bazarın illik dövriyyəsi 153 milyon manat təşkil edirdisə, cari ildə bu həcmin 220 milyon manatdan çox olacağı proqnozlaşdırılır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası"nın (AZA) sədri Toğrul Abbasquliyev bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni evlənən bacısının evinə qonaq getdi, qızıllarını oğurladı 


“İdxal olunan qızılın miqdarı da artıb.

2023-cü ilin sonuna qədər bu həcmin yenidən artırılacağı proqnozlaşdırılır. Eyni zamanda Azərbaycanın ixrac etdiyi zərgərglik məmulatlarının dəyəri 19 milyon manatdan çox olub. Onların böyük hissəsi dünyanın bir çox ölkəsinə, o cümlədən Türkiyəyə, Özbəkistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə ixrac olunur”.

Qiymətlər necədir?

Müsahibimiz, hazır məmulatların qiymətlərinin üç əsas amillə bağlı olduğunu diqqətə çatdırıb:

“İlk məsələ qiymətli daşlarla bağlıdır. Əsasən də brilyantın qiyməti “rapoport hesabatı”na əsasən formalaşır. Qızıl isə birjaya uyğun tənzimlənir. Qızılın bir qramının qiyməti bu il payız aylarına qədər 60-62 dollar arasında dəyişirdi. Ancaq hazırda 1,99 əyyarlı qızılın qiyməti 64-65 dollara yaxındır.

Sonuncu amil isə işçiliklə bağlıdır. İşçilik qiymətləri istər ölkəmizdə, istərsə də Avropa, Rusiya və Türkiyədə ciddi dəyişikliyə məruz qalmayıb. Bu, 1 qramlıq zərgərlik məmulatı üçün 5 dollardan başlayır və 25 dollara qədər dəyişir. Ümumilikdə isə, 2024-cü ildə isə zərgərlik bazarının dövriyyəsinin 300 milyon manatadək artacağı proqnozlaşdırılır”.

Bəs cari dövrdə zərgərlik bazarında hansı çətinliklər baş verib?

Onun sözlərinə görə, bu gün bazarda ən aktual məsələlərdən biri, 2019-cu ildə Qiymətli daşlara və metallara nəzarət Dövlət Xidmətinin bağlanmasından sonra yaranıb:

“Hazırda bu sahəyə nəzarət edən bir dövlət qurumu yoxdur. Bu da bəzən həm alıcılar, həm də sahibkarlar arasında narazılıqlara səbəb olur. İllərdir sağlam şəkildə fəaliyyət göstərən sahibkarlar bu gün həmin xidmətin olmamasından əziyyət çəkirlər. Bizim gözləntilərimizə görə, Azərbaycanda belə bir qurum yaradılacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

End of content

No more pages to load

RADİO