“Şahdağ” Turizm Mərkəzində istirahət neçəyə BAŞA gəlir? – “Əl yandıran” QİYMƏTLƏR

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarına qış mövsümünün ilk qarı yağıb. Elə qış turizm mövsümünün açılışı da ənənəvi olaraq dekabrın ortalarına, yağıntılı hava şəraitinə təsadüf edib. Yəni rəsmi olaraq qış turizm mövsümünə start verilib. Ölkəmizə gələn əcnəbilər və yerli turistlər qışdan zövq almaq, dincəlmək üçün Qusar, Şahbuz və Qəbələyə gedirlər. 

Çünki hazırda ölkədə üç qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Qusarda yerləşən Şahdağ, Qəbələ rayonundakı Tufandağ və Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq qış istirahət mərkəzləridir. Bu mərkəzlərdə qış turizmi ilə məşhur olan şəhərlərdə olduğu kimi bütün xidmətlər, məsələn, buzda balıq ovu, qarda at sürmə və digər cidmətlər olmsa da, asudə vaxtını yaddaqalan keçirmək üçün bir çox xidmət təklif olunur. 

Ölkəmizdə qış turizminə maraq necədir?

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il ölkəyə 1602.3 min xarici ölkə vətəndaşı səfər edib. Onun da 1058.1 nəfəri turizm məqsədilə gələnlərdir. 2023-cü ildə gələnlərin ümumi sayı hələ açıqlanmasa da, bu ilin 9 ayı ərzində ölkəyə gələnlərin ötən ildən çox olduğu bəllidir. 

"Şahdağ" Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov mətbuata açıqlanmasında bildirib ki, bu il yanvarın 1-dən dekabrın 15-nə qədər mərkəzin hotellərində 67 821 nəfər gecələyib. Səfər edən turistlərin sayı isə 158 506 min nəfər olub. Onun sözlərinə görə, 2022-ci illə müqayisədə bu il turistlərin sayı 15% artıb.

Dekabrın ortası olmasına rəğmən öyrəndik ki, mərkəzin hotelində qeydiyyat üçün bütün yerlər əvvəlcədən bron edilib.

Bəs, kimlər qış turizminin dadını çıxarmaq üçün bu mərkəzə gedir və qiymətlər neçəyədir? 

Bizim.Media yanvar ayının sonunda bir nəfərin bir gecə hoteldə qalması, restoran menyusu və qış turizm xidmətlərindən istifadə qiymətlərini araşdırıb:

Ondan başlayaq ki, “Şahdağ” Turizm Mərkəzinə gedənlər ilk növbədə qarda xizək sürməyi seçirlər. Mövsümü xizəyin özünün qiyməti 650 manatdır. Bir uşağınızı da aparsanız, həmin 650 manatın üstünə 370 manat da qoymalı olacaqsınız. 

Xizək çubuğunun qiyməti 27-53, ayaqqabısı 18-32, dəbilqə 10, şalvar 17-20, qar lövhəsinin qiyməti 36 manatdır. Əgər heç bir şey istifadə etməyib, sadəcə, dağda yürüş etsəniz, 30-80 manat xərcləməlisiniz. Bu qiymət dağda gəzintinin vaxtı ilə ölçülür. 

Mərkəzdə 24 restoran, kafe fəaliyyət göstərir. Restoranların birində ən ucuz yeməklər supdur ki, qiyməti 6 manatdır.

Qazsız su-5, ayran-3, spirtli içkilərin qiyməti 4-200 manat arasında dəyişir. Azərbaycan şirniyyatları, məsələn, bir porsiya paxlava və şəkərbura 10 manata təklif olunur. 

Bütün bunların dadına baxıb, yorğun halda şəhərə qayıtmaq istəməyənlər hoteldə qala bilərlər. 
Bir gecəlik hotel qiymətlərinin ən ucuzu 175 manatdır. Otaqlar genişliyinə, mənzərəsinə görə, fərqli qiymətlərə təklif olunur. Həmin vaxt, yəni yanvar ayının sonunda dağ mənzərəli otağın bir gecəlik qiyməti 2500 manatdır.

Bir sözlə, bir azərbaycanlı qış turizmindən istifadə etmək və bir gün, bir gecə dincəlmək üçün minumum 3000 manat xərcləməlidir.

Əgər müştərilər daha yaxşı, rahat istirahət etmək istəsə, bu vəsaitin ikiqatını turizm mərkəzinin xidmətləri üçün ödəməlidir.

4 nəfərlik bir azərbaycanlı ailəsinin bir gecə və bir gün “Şahdağ” mərkəzində dincəlməsi onlara 10 000 manata başa gəlir ki, bu da orta statistik azərbaycanlı üçün uyğun deyil. Halbuki bu qiymətə qonşu ölkələrdən birinə səfər edib, yeni ili qarşılamaq və ya adi günlərdə istirahət etmək daha sərfəlidir. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

End of content

No more pages to load

RADİO